Google müəyyən axtarış sorğularını aparmış insanların məlumatlarını ABŞ hökumətinə ötürübmüş

Google müəyyən axtarış sorğularını aparmış insanların məlumatlarını ABŞ hökumətinə ötürübmüş

Kibertəhlükəsizlik
05.10.2021 PAYLAŞIM

    Məhkəmə sənədləri Google şirkəti ilə ABŞ hökuməti arasındakı maraqlı əlaqəni ortaya çıxardıblar. Məlum olub ki, ABŞ hökumətinin sorğusu əsasında Google şirkəti müəyyən açar sözlər üzrə axtarış sorğularını aparmış vətəndaşların məlumatlarını hökumətə ötürüb. Bu barədə Forbes saytı xəbər verib. Mütəxəssislər bu məsələ ilə bağlı narahatlıqlarını bildiriblər və qeyd ediblər ki, bu cür praktika kədərli nəticələrə gətirib çıxarda bilər. Belə ki, qanuna tabe olan vətəndaşları ciddi qanun pozuntularında günahlandıra bilərlər. Bütün bu məsələ Viskonsin ştatında federal səviyyədə aparılan istintaq çərçivəsində start götürüb. Belə ki, istintaq çərçivəsində hüquq-mühafizə orqanları yetkinlik yaşına çatmamış şəxslərin seksual istismarı və alverləri üzrə şübhəli bilinən şəxsləri təyin etməyə çalışırdı.

    Güman olunan cinayətkarları internet şəbəkəsi vasitəsilə yaxalamaq üçün isə hüquq-mühafizə orqanları Google şirkətinə müraciət ediblər. Google şirkətindən bunlar tələb olunub: Zərərçəkmiş şəxsin adı, anasının adı və yaşayış ünvanları üzrə internetdə axtarış aparmş istənilən şəxs barədə məlumatı hüquq-mühafizə orqanlarına təqdim etmək. Hüquq mühafizə orqanlarını axtarış sorğularının tezlikləri maraqlandırırdı. Söhbət, qeyd edilmiş faktorlar üzrə il ərzində 16 dəfədən az olmamaq şərti ilə aparılmış axtarış sorğularından gedir.


    Məlumata əsasən Google şirkəti bu cür əməkdaşlığa razı olaraq 2020-ci ilin ortalarında sözügedən axtarış sorğularını aparmış şəxslərin IP ünvanlarını və digər məlumatlarını hüquq-mühafizə orqanlarına təqdim edib. Məhkəmə sənədlərində də bu fakt qeyd edilib. Buna baxmayaraq hansı sayda insanın hüquq -mühafizə orqanlarının qara siyahısına düşdüyü məlum deyil. Bu məsələ mütəxəssislərin narahatlıqlarına səbəb olub. Belə ki, hüquq-mühafizə orqanları sadəcə olaraq internetdə maraqlı mövzunu axtararaq istintaqı yaxından izləmək istəyən günahsız şəxsi göz altına ala bilərlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hackerlər iPhone 13 Pro-nu 1 saniyə ərzində hack ediblər

Tianfu Kuboku adlı 4-cü Beynəlxalq Kibertəhlükəsizlik Yarışı çərçivəsində hackerlərdən ibarət Pangu ..


Dələduzlar deepfake texnologiya vasitəsilə bankdan 35 milyon dollar oğurlayıblar..

Süni zəka sisteminin generasiya etdiyi səs simulyasiyası sayəsində cinayətkarlar Birləşmiş Ərəb Əmir..


Android əməliyyat sistemi çoxlu sayda konfidensial məlumatı kənar serverlərə ötü..

Edinburq Universitetinin və Dublin Triniti Kollecinin tədqiqatçıları Android cihazların çoxlu sayda ..


Tarixin ən böyük məlumat sızıntısı: Hackerlər milyardlarla istifadəçi mesajını ə..

Dünyanın ən böyük telekommunikasiya operatorlarından biri olan Syniverse şirkəti özünə qarşı olmuş b..


Android üçün olan yeni zərərli proqram təminatı vaksinasiya ilə bağlı SMS mesaj ..

Android üçün nəzərdə tutulmuş daha bir zərərli proqram təminatı mətnli mesajlar vasitəsilə yayılır...


Hackerlər Twitch-i hack edərək servisin konfidensial məlumatlarını oğurlayıblar..

Hackerlər məşhur Twitch servisini hack edərək internetə 125 GB həcmində məlumatlar bazasını yerləşdi..

×