Google mütəxəssisləri Samsung Exynos modemlərində ciddi boşluqlar aşkar ediblər

Google mütəxəssisləri Samsung Exynos modemlərində ciddi boşluqlar aşkar ediblər

Kibertəhlükəsizlik
17.03.2023 PAYLAŞIM

    Google şirkətinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Project Zero adlı komandası Samsung Exynos modemlərində bir sıra ciddi boşluq aşkar edib. Məsələnin ciddi tərəfi ondan ibarətdir ki, Exynos modemlərinə təkcə Samsung və Google smartfonları deyil, həmçinin digər brendlərin smartfonları da sahibdirlər. Verilmiş rəsmi məlumata əsasən Exynos modemlərində ümumilikdə 18 boşluq aşkar edilib. Hackerlər istifadəçilərin sadəcə mobil nömrələrini bilməklə və aşkar edilmiş boşluqlardan istifadə etməklə onların smartfonları üzərində idarəetməni ələ keçirə bilərlər.

    Pixel smartfonları məsələsində Google bildirib ki, onun bu ay üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsi problemi aradan qaldıracaq. Project Zero komandasının mütəxəssislərinin fikirlərinə əsasən Exynos modemlərində olan boşluqlar Samsung Galaxy S22, M33, M13, M12, A71, A53, A33, A21, A13, A12, A04, Vivo S16, S15, S6, X70, X60 X30 smartfonlarını əhatə edə bilərlər. Qeyd etmək lazımdır ki, Qualcomm prosessorlarına sahib smartfonlar təhlükəsiz vəziyyətdədir. Belə ki, həmin smartfonlarda Qualcomm modemlərindən istifadə edilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hacker qruplaşması SpaceX şirkətinin 3000 ədəd unikal çertyojunu oğurlayıb..

Lockbit adlı hacker qruplaşması bildirib ki, o, SpaceX şirkətinin 3000 ədəd unikal çertyojunu oğurla..


Dələduzlar Chrome üçün ChatGPT əlavəsi (extension) vasitəsilə istifadəçilərin Fa..

OpenAI şirkətinin yaratmış olduğu süni zəka əsaslı ChatGPT çat-botu Microsot-un dəstəyi ilə son bir ..


Keçən il online dələduzluq halları ABŞ iqtisadiyyatına 10 milyard dollardan çox ..

2022-ci ildə online dələduzluq hallarının ABŞ iqtisadiyyatna vermiş olduğu zərər 10 milyard dolları ..


Dələduzlar süni zəka vasitəsilə öz qurbanlarının yaxınlarının səslərini imitasiy..

ABŞ-da İT texnologiyalar vasitəsilə özlərini digər şəxslər kimi qələmə verən dələduzların sayı getdi..


Samsung Galaxy smartfonlarının istifadəçilərini yeni növ kiberhücumdan qoruyacaq..

Samsung öz smartfonlarında yeni OneUI 5.1 istifadəçi interfeysini istifadəyə verməyə başlayıb...

×