Google öz Android tətbiqlərində boşluqların aşkar edilməsi üçün xüsusi proqramı işə salıb

Google öz Android tətbiqlərində boşluqların aşkar edilməsi üçün xüsusi proqramı işə salıb

Kibertəhlükəsizlik
24.05.2023 PAYLAŞIM

    Google şirkəti öz Android tətbiqlərində boşluqların aşkar edilməsi üçün nəzərdə tutulmuş Mobile VRP adlı proqramı işə salıb. Bu proqram çərçivəsində boşluqları aşkar edəcək tədqiqatçılara müəyyən pul mükafatları təqdim ediləcək. Mobile VRP çərçivəsində mütəxəssislər Google LLC tərəfindən yaradılmış və dəstəklənən və eləcə də Research at Google, Red Hot Labs, Google Samples, Fitbit LLC, Nest Labs Inc, Waymo LLC Waze ilə birgə əməkdaşlıq çərçivəsində yaradılmış tətbiqləri yoxlamaq imkanına sahib olacaqlar. Test olunacaq tətbiqlər 3 qrupa ayrılıb. Birinci qrupa aşağıdakılar daxildir.

- Google Play Services (com.google.android.gms)


- AGSA (com.google.android.googlequicksearchbox)

- Google Chrome (com.android.chrome)

- Google Cloud (com.google.android.apps.cloudconsole)

- Gmail (com.google.android.gm)

- Chrome Remote Desktop (com.google.chromeremotedesktop).

    İkinci qrupa birinci qrupdakı tətbiqlərlə qarşılıqlı əlaqədə olan, istifadəçi məlumatlarının emalından cavabdeh olan və Google servislərinə müraciət edən tətbiqlər daxildirlər. Üçüncü qrupa isə Google servisləri ilə əlaqəli olmayan tətbiqlər daxildirlər. Boşluqların aşkar edilməsina görə mütəxəssislərə təqdim ediləcək pul mükafatı yoxlanılan tətbiqin hansı qrupa daxil olmasından asılı olacaq. Bununla belə şirkət ən böyük ödənişləri məhz birinci qrupa daxil olan tətbiqlərdəki boşluqların aşkar edilməsi üçün təyin edib.



DAHA ÇOX


Şimali Koreya hackerləri ilin əvvəlindən 200 milyon dollarlıq kriptovalyuta oğur..

TRM Labs. adlı şirkətin aparmış olduğu yeni tədqiqata əsasən Şimali Koreya ilə əlaqəli olan hackerlə..


Telegram-da zərərli resursların sayı 5 dəfə artıb

Bu il Telegram-da fişinq (phishing) resursların sayı 5 dəfə çoxalıb.


Google Play ilə Galaxy Store-da saxta Signal və Telegram tətbiqləri aşkar edilib..

Google Play Market-də və Samsung-un tətbiqlər mağazası olan Galaxy Store-da Signal və Telegram messe..


Tesla-nın 75 000-dən çox müştərisinin konfidensial məlumatları sızdırılıb..

Almaniyanın Handelsblatt adlı saytı hələ may ayında Tesla şirkətinə müraciət edərək bildirmişdi ki, ..


Yeni nəsil Android viruslar qeyri-adi şəkildə antiviruslardan gizlənə bilirlər..

Məlum olub ki, yeni nəsil zərərli proqram təminatları qeyri-standart və ya çox güclü şəkildə təkmill..


100 000-dən çox hacker dələduzluq sxemlərindən zərər çəkib

Kibertəhlükəsizlik üzrə müxtəlif həlləri təqdim etməklə fəaliyyət göstərən Hudson Rock adlı şirkət s..

×