Google öz istifadəçilərini şəxsi məlumatların internetdə ortaya çıxdıqları barəsində xəbərdar edəcək

Google öz istifadəçilərini şəxsi məlumatların internetdə ortaya çıxdıqları barəsində xəbərdar edəcək

Kibertəhlükəsizlik
29.09.2022 PAYLAŞIM

    Gələn ilin əvvəlindən başlayaraq Google şirkəti öz istifadəçilərinin konfidensial məlumatlarının internetdə ortaya çıxdıqları halda bu barədə onlara bildiriş göndərməyi planlaşdırır. Söhbət, telefon nömrəsi, elektron poçt ünvanı, yaşayış ünvanı və s. kimi konfidensial məlumatlardan gedir. Google bu yeni imkanı Results about you adlı funksiyanın istifadəyə verilməsindən sonra anons edib. Qeyd etmək lazımdır ki,  Results about you funksiyası vasitəsilə istifadəçilər Google-dakı axtarış sorğularında özləri barəsində ortaya çıxan konfidensial məlumatların silinməsi üzrə Google şirkətinə sorğu göndərə bilərlər. Bu funksiya ABŞ-dakı bəzi istifadəçilər üçün artıq istifadəyə verilib.


    Google təmsilçilərindən biri qeyd edib ki, anons olunmuş yeni funksiya çərçivəsində göndəriləcək bildirişlərin aktivləşdirilməsi könüllü şəkildə reallaşdırılacaq. Belə ki, insanların çoxu üçün bu funksiya mütəmadi istifadədə lazım deyil. Lakin buna baxmayaraq istifadəçilər üçün bu cür imkan təqdim ediləcək və onlar bu funksiya vasitəsilə özlərini internet mühitində qoruya biləcəklər. Təbii ki, istifadəyə veriləcək yeni funksiya çərçivəsində Google yalnız öz axtarış sistemindəki axtarış nəticələrində ortaya çıxan konfidensial istifadəçi məlumatlarını siləcək. Həmin məlumatların qeyd olunduqları veb səhifələrin silinməsi nəzərdə tutulmayıb. Belə ki, bu cür səhifələrin tapılması çətin məsələdir.

    Gələn ilin əvvəlində istifadəyə veriləcək funksiya çərçivəsində istifadəçilər fərdi şəkildə öz konfidensial məlumatlarını axtarış sorğularında axtarmayacaqlar. Sistem bu və ya digər konfidensial məlumatın axtarış sorğularında ortaya çıxdığını təyin etdiyi zaman avtomatik şəkildə bu barədə istifadəçiyə xəbər verəcək. İstifadəçi isə öz növbəsində ortaya çıxan konfidensial məlumatların silinib-silinməməsi qərarını verəcək. Google artıq uzun müddətdir ki, konfidensial məlumatların axtarış nəticələrindən silinmələrinin tələb edilməsi imkanını təqdim edir. Şirkət həmçinin konfidensial məlumatların silinməsi üzrə sorğuların göndərilməsi və həmin məlumatların silinməsi proseslərini daha da sadələşdirib. Belə ki, Results about you funksiyası istifadəçilərə axtarış nəticələrindəki konfidensial məlumatlarını bir neçə kliklə işarələməyə imkan verir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Minlərlə Xiaomi, Samsung, Google və OPPO smartfonları ciddi sistem boşluğuna sah..

İnformasiya təhlükəsizliyindən cavabdeh olan Google Project Zero komandası Google, Samsung, Xiaomi v..


Whatsapp istifadəçilərinin 400 milyondan çox nömrəsi hackerlər tərəfindən satışa..

Cybernews saytının verdiyi məlumata əsasən Whatsapp-dakı hesablara bağlı olan aktual nömrələrin daxi..


Google Play-də Android cihazlar arasında Sharkbot adlı bank troyanını yayan yeni..

Google Play-də yeni zərərli Android tətbiqlər aşkar edilib. Bu dəfə aşkar edilmiş zərərli tətbiqlər ..


iPhone-nun konfidensial olması mifdir: Apple hər bir istifadəçisinin kimliyini t..

Kibertəhlükəsizlik üzrə mütəxəssislər olan Tommy Mysk və Talal Haj Bakry bir neçə müddət bundan öncə..


macOS-dəki virus yoluxmalarının 50%-i bir tətbiqin ucbatından baş verir

Elastic Security Labs şirkətinin mütəxəssisləri 2022 Global Threat Report adlı tədqiqatı təqdim edib..


2022-ci ildə istifadəçilər tərəfindən ən çox istifadə edilmiş şifrələrin antirey..

NordPass servisi hər il istifadəçilər tərəfindən ən çox istifadə edilən şifrələrin antireytinqini tə..

×