main-post-cover

    Google Play-də Android cihazlar arasında Sharkbot adlı bank troyanını yayan yeni tətbiqlər aşkar edilib

    Təhlükəsizlik
    24.11.2022
    Emil Nəcəfov
        Google Play-də yeni zərərli Android tətbiqlər aşkar edilib. Bu dəfə aşkar edilmiş zərərli tətbiqlər özlərini fayl menecerləri kimi maskalayırlar. Lakin faktiki olaraq onlar özlərində Sharkbot adlı bank troyanını (trojan) birləşdirirlər. Sözügedən zərərli tətbiqlərin Google Play-in təhlükəsizlik mexanizmlərindən yan keçmələri üçün onların tərkiblərinə sözügedən troyan əvvəlcədən inteqrasiya edilmir. Aşkar edilmiş zərərli tətbiqlərdən hansısa istifadəçi cihazına quraşdırılandan sonra o, troyanı kənar resurslardan yükləyir. Zərərli tətbiqlər özlərini fayl menecerləri kimi maskaladıqları üçün çətin ki, istifadəçilər onlar tərəfindən tələb edilən sistem icazələrindən şübhələnsinlər.
        Bununla belə həmin tətbiqlər sistem icazələrindən istifadə edərək Sharkbot troyanını cihaza yükləyirlər. Sharkbot-un isə əsas məqsədi istifadəçinin online banking-də olan hesabları üzərində idarənin ələ keçirilməsidir. Bunun üçün troyan istifadəçinin hesab məlumatlarının daxil edilməsi üçün nəzərdə tutulmuş saxta formaları təklif edir. Həmin formalarda qeyd edilən login və şifrə isə sürətli şəkildə hackerlərə ötürülür. Maraqlısı ondadır ki, hackerlər Sharkbot-u yüksək intensivliklə Google Play-də yerləşdirməyə çalışırlar. Daha öncə bir neçə dəfə sözügedən troyan artıq Google Play-də aşkar edilib. Özlərində Sharkbot troyanını birləşdirən  yeni zərərli Android tətbiqlərlə aşağıda qeyd edilmiş siyahıdan tanış olmaq olar.
    Linki kopyala