Reklam
Google Play-də Android istifadəçilərdən pul vəsaitlərini oğurlayan çoxlu sayda tətbiq aşkar edilib

Google Play-də Android istifadəçilərdən pul vəsaitlərini oğurlayan çoxlu sayda tətbiq aşkar edilib

Kibertəhlükəsizlik
30.09.2021 PAYLAŞIM

    Kibertəhlükəsizlik sahəsində çalışan mütəxəssislər Google Play-də Android istifadəçilərdən pul vəsaitlərini oğurlayan çoxlu sayda tətbiq aşkar ediblər. Mütəxəssislərin sözlərinə əsasən qara siyahıya daxil edilmiş tətbiqləri yükləmiş 10 milyona yaxın istifadəçi bu cür dələduzluq təhlükəsi altındadır. Zimperium Labs şirkətinin hesabatına əsasən dünyanın 70 ölkəsindən ümumilikdə 10 milyon insan zərərli tətbiqlərin qurbanına çevrilmiş ola bilər. Sözügedən tətbiqlər smartfona quraşdırıldaqdan sonra onlar istifadəçilərə xəbər vermədən avtomatik şəkildə aylıq 42$ dəyərində abunəlik sistemlərini aktivləşdiriblər. Zərərli tətbiqlər tanışlıq, əyləncə və s. kimi kateqoriyaları əhatə edirlər. Onların siyahısı ilə bu linkdən tanış olmaq olar.


    Maraqlısı ondadır ki, söhbət, təkcə az bilinən məhsullardan getmir. Məsələn Handy Translator Pro adlı tətbiq yarım milyondan çox istifadəçi tərəfindən quraşdırılıb. İstifadəçilərin vəsaitlərini oğurlayan trojan digər tətbiqlərdə də rast gəlinir. Smartfona quraşdırıldıqdan sonra tətbiq xüsusi linkə sahib bildirişi generasiya edir və həmin linkə daxil olan zaman avtomatik abunəlik sistemi iş düşür.  Bu cür tətbiqlər siyahısına Slime Simulator, Easy TV Show, CutCut Pro, Launcher iOS 15, My Locator Plus və s. tətbiqlər daxildirlər. Sözügedən tətbiqlər Google Play-dən artıq silinsələr də hələ də istifadəçilərin cihazlarında qalmış ola bilərlər. Mütəxəssislər bu tətbiqləri təcili şəkildə silməyi məsləhət görürlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Mövcud olan smartfonların 35%-i kiberhücuma məruz qalma təhlükəsi ilə üz-üzədir..

Bitdefender antivirus şirkətinin mütəxəssislərinin təqdim etmiş olduqları yeni hesabatda Android sma..


Bluetooth üzrindən insanı izləməyin yeni üsulu aşkar edilib

Kaliforniya Universitetinin alimləri Bluetooth Low Energy (BLE) interfeysinin unikal siqnalları vasi..


Telegram Almaniyada bəzi istifadəçilərin məlumatlarını güc strukturlarına ötürür..

Güc strukturları təmsilçilərinin sözlərinə əsasən digər cinayət əməllərinin yerinə yetirilməsi halın..


DuckDuckGo brauzerinin istifadəçi məlumatlarını Microsoft-a ötürdüyü məlum olub..

DuckDuckGo Privacy Browser adlı brauzerin mobil versiyalarının istifadəçi məlumatlarını Microsoft şi..


Bloomberg: 'Google istifadəçilərin konfidensial məlumatlarını reklamçılara inanı..

Bloomberg saytının verdiyi məlumata əsasən Google şirkəti istifadəçilərin özəl məlumatlarını reklamç..


iOS-dəki ciddi sistem boşluğu iPhone-nun sönmüş vəziyyətdə olduğu halda da probl..

Almaniyada yerləşən Darmştadt Texniki Universitetinin tədqiqatçıları iOS-də ciddi sistem boşluğu aşk..

×