
Google Play-də Android üçün casusluq məqsədli yeni proqram təminatı aşkar edilib
Təhlükəsizlik
21.06.2023
Emil
Mütəxəssislər Google Play-də Android üçün casusluq məqsədilə hazırlanmış yeni proqram təminatını aşkar ediblər. Məlumatda qeyd edilib ki, aşkar edilmiş proqram təminatı böyük ehtimal ilə professional şəxslər tərəfindən hazırlanıb. Görünür, bu cür proqram təminatı dövlət səviyyəsində olan kibercinayət qruplaşması tərəfindən istifadə edilir. Cyfirma adlı şirkətin mütəxəssisləri tərəfindən aparılmış analizə əsasən yeni proqram təminatı istifadəçinin mobil cihazından vacib məlumatları oğurlaya bilir. Bu cür məlumatlara geolokasiya və kontaktlar siyahısı kimi məlumatlar daxildir.
Mütəxəssislərin fikirlərinə əsasən proqram təminatının operatorları qismində DoNot adlı kibercinayət qruplaşmasının üzvləri çıxış edirlər. Məlumatda qeyd edilib ki, sözügedən Android troyan (trojan) kibercinayətkarlara daha ciddi kiberhücumların reallaşdırılması üçün şərait yaradır. Proqram təminatı VPN və mesajların mübadiləsi üçün nəzərdə tutulmuş qorunan servis kimi maskalanır. Söhbət, Google Play-də olan iKHfaa VPN və nSure Chat adlı servislərdən gedir. Sözügedən servislərin az yüklənmə sayına sahib olmaları ona işarə edir ki, onlar daha kiçik çərçivəli məqsədlər üçün nəzərdə tutulublar.
Paylaş
Bənzər xəbərlər