Google Play-də 'Squid Game' serialı kimi maskalanan zərərli tətbiqlər aşkar edilib

Google Play-də 'Squid Game' serialı kimi maskalanan zərərli tətbiqlər aşkar edilib

Kibertəhlükəsizlik
25.10.2021 PAYLAŞIM

    Netflix şirkətinin bir neçə müddət bundan öncə ekranlara çıxartmış olduğu "Squid Game” serialı ağıla sığmaz dərəcədə məşhurluq qazandı. Lakin dələduzlar da bu cür vəziyyətdən istifadə etməyi bacarıblar. Belə ki, Android üçün zərərli proqram təminatlarının tədqiqatı ilə məşğul olan mütəxəssis Lukas Stefanko-nun sözlərinə əsasən Google Play-də “Squid Game” ilə bağlı 300-ə yaxın tətbiq ortaya çıxıb. Həmin tətbiqlərin arasında isə zərərli proqram təminatına sahib olanları var. Həmin tətbiqlərin tərtibatçıları uğurlu şəkildə Google Play-in nəzarət sistemindən yan keçə biliblər. Məsələn Squid Game adlı tətbiqlərdən biri smartfondakı arxa fon təsvirinin dəyişdirilməsi funksiyasını təqdim edir.


    Lakin əslində həmin tətbiq Joker tərz zərərli proqram təminatı rolunda çıxış edir. Belə ki, bu tətbiqi öz smartfonuna quraşdırmış istifadəçi müxtəlif premium xidmətlərə ödənişli abunə olur. Bunun yerinə yetirilməsi üçün istifadəçinin hətta qeydiyyatdan keçməsinə də ehtiyac yoxdur. Bunun üçün istifadəçi hesabının məlumatları istifadə olunur. Ödənişli abunəlik üçün nəzərdə tutulmuş vəsait ödənişi isə istifadəçinin bank kartı vasitəsilə reallaşdırılır. Bundan əlavə olaraq sözügedən tətbiq istifadəçinin mesajlarını, kontaktlar siyahısını və digər məlumatlarını oğurlayır. Sözügedən tətbiq 5000 dəfədən daha çox yüklənib. Google artıq bu zərərli proqram təminatını Google Play-dən silib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Dələduzlar Meta şirkətinə aid olduğunu iddia edərək saxta META kriptovalyutaları..

Facebook öz şirkət adını Meta-ya dəyişəndən sonra dələduzlar bu cür imkandan istifadə etməyə qərar v..


FBI real zaman ərzində Whatsapp və iMessage-dəki istifadəçi məlumatlarını əldə e..

Əldə edilmiş məlumata əsasən FBI Facebook-un Whatsapp, Apple şirkətinin isə iMessage messencerindən ..


MediaTek prosessorlarında istifadəçiləri dinləməyə imkan vermiş boşluq aşkar edi..

Check Point Research şirkəti MediaTek prosessorlarında aşkar edilmiş boşluq barəsində hesabatı təqdi..


Mütəxəssislər barmaq izi skanından sadə üsul ilə yan keçməyi sərgiləyiblər (VİDE..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Kraken Security Labs adlı şirkət müasir cihazların d..


Firefox istifadəçilərinin məlumatları GitHub-da açıq şəkildə ortaya çıxıblar..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Aidan Marlin adlı mütəxəssis məşhur GitHub platforma..


Bu il ən çox istifadə edilmiş şifrələrin reytinqi tərtib edilib

NordPass şirkəti 2021-ci ildə ən çox istifadə edilmiş şifrələrin reytinqini təqdim edib.

×