main-post-cover

    Güclü kiberhücumlar üçün təkmilləşdirilmiş çat-bot ortaya çıxıb

    Təhlükəsizlik
    02.08.2023
    Emil Nəcəfov
        Generativ süni zəka sistemləri təkcə biznes, elm və incəsənət ilə məşğul olanların deyil, həmçinin dələduzluqla məşğul olanların da diqqətlərini öz üzərlərinə cəlb edirlər. Bir neçə müddət bundan öncə biz məlumat vermişdik ki, darknetdə hackerlərə yardım məqsədli WormGPT adlı süni zəka əsaslı çat-bot ortaya çıxıb. Sözügedən çat-bot zərərli proqram təminatları əsasında təlimatlanıdırılıb. İndi isə məlum olub ki, darknetdə hackerlərə yardım məqsədli süni zəka əsaslı daha güclü çat-bot ortaya çıxıb. İstifadəyə verilmiş yeni çat-bot FraudGPT adını əldə edib.
        Sözügedən çat-bot kibercinayətkarlar üçün nəzərdə tutulmuş universal alətdir. O, kompüter şəbəkələrinin hack edilməsi, fişinq (phishing) növünə aid elektron məktubların və zərərli proqram təminatlarının tərtib edilməsi, müxtəlif sistem boşluqlarının axtarılıb tapılması və tapılmış boşluqların kiberhücumlarda tətbiq edilməsində istifadə edilir. Məlumata əsasən FraudGPT-dən aylıq istifadə haqqı 200$ təşkil edir. Məlumatda qeyd eidlib ki, WormGPT ilə FraudGPT-ni CanadianKingpin12 ləqəbli şəxs yaradıb. Sözügedən şəxsin kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən SlashNext şirkətinə vermiş olduğu məlumatda qeyd edilib ki, o hal hazırda DarkBART DarkBERT adlarına sahib yeni çat-botlar hazırlamaqla məşğuldur.
        Adları sadalanmış bu yeni çat-botların internetə çıxışları olacaq və onları hətta Google Lens-ə də inteqrasiya etmək mümkün olacaq. Google Lens-ə inteqrasiya edilmə halında çat-botlar hackerlərə mətnləri fotolar ilə birlikdə ötürə biləcəklər. Qeyd etmək lazımdır ki, DarkBERT süni zəka modeli Koreya Elm və Texnologiyalar İnstitutu tərəfindən hazırlanıb və o, kibercinayətlərlə mübarizə üçün nəzərdə tutulub. CanadianKingpin12 ləqəbli şəxs isə onun əsasında tamamilə əks məqsədli çat-botu hazırlamaqla məşğuldur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər