Hackerlər 600 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar

Hackerlər 600 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar

Kibertəhlükəsizlik
11.08.2021 PAYLAŞIM

    Hackerlər Poly Network adlı kriptoplatformanı hack edərək ümumilikdə 600 milyon dəyərində kriptovalyuta oğurlayıblar. Bu, kriptovalyuta tarixinin ən böyük vəsait oğurluğu adını əldə edib. Qeyd etmək lazımdır ki, sözügedən kriptoplatforma bir neçə növ blokchain-in işini kombinasiya etməyə imkan verir və o, istifadəçilər arasında çox məşhurdur. Poly Network baş vermiş hadisəni artıq öz Twitter heabında təsdiqləyib və kriptovalyutaları oğurlamış hackerlər üçün açıq məktub paylaşıb. Məlumata əsasən hackerlər tərəfindən oğurlanmış kriptovalyutalar arasında bitcoin, ethereum Polygon şəbəkəsinin tokenləri olub. Kriptoplatformanın təmsilçiləri sözügedən məktubda hackerləri öz planlarından vaz keçməyə və platforma ilə əlaqə yaratmağa çağırıblar.


    “Əziz hacker! Biz Poly Network komandasıyıq. Biz səninlə əlaqə yaratmaq istəyirik və səni oğurlanmış aktivləri qaytarmağa çağırırıq. Sən tərəfdən oğurlanmış vəsaitin miqdarı kriptovalyutalar tarixində oğurlanmış ən böyüyüdür. İstənilən dövlətin hüquq-mühafizə orqanı bunu böyük iqtisadi cinayət kimi qəbul edəcək və nəticədə sən izlənmə altına alınacaqsan. Sən tərəfdən ola biləcək hər hansı tranzaksiya məntiqsiz olardı. Sənin oğurladığın pullar kriptovalyuta cəmiyyətinə daxil olan şəxslərə məxsusdur. Ortaq qərarın verilməsi üçün sən bizimlə əlaqə saxlamalısan” - deyə məktubda qeyd edilib. Hackerlər vəsaitləri oğurlayandan sonra onları müxtəlif kriptovalyuta portmanatlarına göndəriblər. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən SlowMist şirkətinin məlumatlarına əsasən 600 milyon dollar vəsait 3 ünvana göndərilib. Poly Network bütün kriptovalyuta birjalarını hackerlərin ünvanlarından göndərilən tokenləri bloklamağa çağırıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Dələduzlar Meta şirkətinə aid olduğunu iddia edərək saxta META kriptovalyutaları..

Facebook öz şirkət adını Meta-ya dəyişəndən sonra dələduzlar bu cür imkandan istifadə etməyə qərar v..


FBI real zaman ərzində Whatsapp və iMessage-dəki istifadəçi məlumatlarını əldə e..

Əldə edilmiş məlumata əsasən FBI Facebook-un Whatsapp, Apple şirkətinin isə iMessage messencerindən ..


MediaTek prosessorlarında istifadəçiləri dinləməyə imkan vermiş boşluq aşkar edi..

Check Point Research şirkəti MediaTek prosessorlarında aşkar edilmiş boşluq barəsində hesabatı təqdi..


Mütəxəssislər barmaq izi skanından sadə üsul ilə yan keçməyi sərgiləyiblər (VİDE..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Kraken Security Labs adlı şirkət müasir cihazların d..


Firefox istifadəçilərinin məlumatları GitHub-da açıq şəkildə ortaya çıxıblar..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Aidan Marlin adlı mütəxəssis məşhur GitHub platforma..


Bu il ən çox istifadə edilmiş şifrələrin reytinqi tərtib edilib

NordPass şirkəti 2021-ci ildə ən çox istifadə edilmiş şifrələrin reytinqini təqdim edib.

×