main-post-cover

    Hackerlər Intel-i hack edərək gizli məlumatları oğurlayıblar: Şirkətin hansı məlumatları oğurlanıb?

    Təhlükəsizlik
    07.08.2020
    Emil Nəcəfov
        Bir sıra xarici kütləvi informasiya vasitəsinin verdiyi məlumata əsasən Intel şirkəti hackerlər tərəfindən kiberhücuma məruz qalıb. Bu kiberhücum sayəsində hackerlər şirkətin 20 GB həcmində konfidensial məlumatlarını oğurlayıblar. Həmin məlumatlar arasında hələ təqdim olunmamış prosessorlar və şirkətin bir sıra məhsullarının aparat səviyyəsindəki boşluqları olub. Sözügedən konfidensial məlumatları internetdə təqdim etmiş mənbənin verdiyi məlumata əsasən bu, oğurlanmış faylların təqdim olunması üzrə birinci mərhələdir. Bu barədə Apple Insider saytı xəbər verib.
        Şirkətin daxili dokumentasiyasını özündə birləşdirən arxiv gizli mesajların mübadiləsi üçün nəzərdə tutulmuş platformada ortaya çıxıb. Sözügedən məlumat sızıntısı barəsində isveçli İT konsultant Tillie Kottman bildirib. İnternetdə open source şəklində təqdim olunmuş məlumatlar arasında müxtəlif platformalar üçün olan Silicon/FSP open source kodunun paketləri, Kaby Lake arxitekturası üzrə təlimatlandırıcı videolar, BIOS/TXE sazlanma faylları, Kaby Lake prosessorları üçün BIOS kodu, Rocket Lake-S seriyalı məhsullar üçün Simics Simulation, müxtəlif yol xəritələri və digər məlumatlar olub.
        İT mütəxəssislərin fikirlərinə əsasən bu məsələdə ən təhlükəli məlumat sızıntısı Tiger Lake platforması üçün nəzərdə tutulmuş sistem yenilənməsidir. Bu yenilənmədən istifadə edərək hackerlər Intel-in yeni məhsullarının hələ satışa çıxmamışdan öncə onlar üçün zərərli proqram təminatlarını yarada bilərlər. Konfidensial məlumatları paylaşmış şəxs qeyd edib ki, bu hələ 1-ci mərhələdir. Məlumata əsasən Intel şirkəti bu kiberhücum ilə bağlı istintaqa start verib. Bununla yanaşı təqdim olunmuş konfidensial məlumatların aktual olmama ehtimalları da var. Şirkət təmsilçiləri bu məlumat sızıntısını təsdiqləməsələr də təkzib də etməyiblər.
    Linki kopyala