main-post-cover

    Hackerlər bir mesaj ilə Whatsapp-ı sıradan çıxartmağın üsulunu tapıblar

    Təhlükəsizlik
    08.09.2020
    Farid Pardashunas
        Bəzən internetdə məlumat ortaya çıxır ki, müəyyən tətbiqi və ya əməliyyat sistemini xüsusi simvollar ilə yazılmış bir mesaj ilə sıradan çıxartmaq mümkündür. Bu cür hal indi Whatsapp ilə baş verir. Belə ki, hansısa istifadəçiyə xüsusi mesaj göndərəndən sonra həmin mesaj nəinki messenceri hətta smartfonun özünü sıradan çıxarda bilər. Bu barədə Wabetainfo saytı xəbər verib. “Mətnli bomba” adını almış bu mesaj ilk baxışdan simvollara, hərflərə və rəqəmlərə sahib adi mesaj kimi görünür.
        Lakin bu mesajı göndərəndən sonra istifadəçi messencerdən istifadə edə bilməyəcək. Messenceri yenidən işə salmaq üçün isə onu smartfon yaddaşından silmək və yenidən yazmaq lazım olacaq. Sözügedən mesajı araşdırandan sonra mütəxəssislər qeyd ediblər ki, bu mesaj Vcards kartlar formatında böyük kontaktlar bazasını özündə birləşdirir. Bununla belə hər bir kontaktın adı 10-larla simvoldan ibarətdir. Bunun nəticəsi olaraq mesajı göndərən zaman tətbiq donmuş vəziyyətdə qalır.
        Məlumatda qeyd edilib ki, müəyyən hallarda bu cür mesajın göndərilməsi hətta smartfonun sıradan çıxmasına da səbəb ola bilər. Bu sistem boşluğu həm iOS-də həm də Android-də aktualdır. Sözügedən sistem boşluğunu aşkar etmiş mütəxəssislər maraq üçün bu mesajın göndərilməsini məsləhət görmürlər. Maraqlısı ondadır ki, buna bənzər sistem boşluğu barəsində ilk məlumatlar hələ 2017-ci ildə ortaya çıxmışdı. Həmin vaxtdan Whatsapp təmsilçiləri bununla bağlı rəsmi açıqlama vermiyiblər. Bu problemin yenidən aktuallaşması isə o deməkdir ki, tərtibatçılar sistem boşluğunu aradan qaldırmayıblar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər