Logo
    Hackerlər bütün dünya üzrə 150.000 ədəd müşahidə kamerasını hack ediblər

    Hackerlər bütün dünya üzrə 150.000 ədəd müşahidə kamerasını hack ediblər

      Hackerlərdən ibarət beynəlxalq qruplaşma Verkada adlı şirkətin 150.000 ədəd müşahidə kamerasını hack edib. Şirkətin kameraları Tesla və Cloudflare şirkətlərinin ofislərində, polis bölmələrində, həbsxanalarda, məktəblərdə və o cümlədən xəstəxanalarda quraşdırılıb. Bu barədə Bloomberg saytı xəbər verib. Məlumatda qeyd edilib ki, hack edilmiş kameralardan bəziləri üz tanıma texnologiyasına sahibdirlər. Kiberhücumda bilavasitə iştirak etmiş mənbənin sözlərinə əsasən bu kiberhücumun əsas səbəbi gündəlik videomüşahidə prosesinin göstərilməsi və bu cür kameraların rahatlıqla ələ keçirilməsinin sərgilənməsidir.
      Bundan əlavə olaraq məlumata əsasən hackerlər kameraları hack etməklə yanaşı həmçinin Verkada şirkətinin bütün arxivini də ələ keçiriblər. Kiberhücumda iştirak etmiş mənbə bildirib ki, şirkətin sistemlərinə superadministrator statusu vasitəsilə daxil olunub və bunun üçün lazım olan login ilə şifrələr internetdə tapılıb. Verkada şirkəti bildirib ki, o, bütün istifadəçi hesablarını deaktiv edib. Hal hazırda şirkətin təhlükəsizlik xidməti ilə xüsusi dövlət orqanları bu hadisəni araşdırırlar.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...