Hackerlər Samsung-un daxili sistemini hack edərək konfidensial məlumatları oğurlayıblar
Təhlükəsizlik
07.03.2022
Emil Nəcəfov
Lapsus$ adlı hacker qruplaşması Samsung şirkətinə qarş kiberhücum reallaşdırdığını bildirib. Reallaşdırılmış kiberhücum nəticəsində hackerlər 200 GB həcmində konfidensial məlumat oğurlayıblar. Oğurlanmış məlumatlar arasında həmçinin Galaxy smartfonlarını əhatə edən proqram təminatının mənbə kodu da mövcuddur. Samsung şirkəti baş vermiş kiberhücumu təsdiqləyib. Qeyd etmək lazımdır ki, sözügedən hacker qruplaşması bir neçə müddət bundan öncə həmçinin NVIDIA şirkətinə kiberhücum reallaşdırmış və 1 TB həcmində konfidensial məlumatı oğurlamışdı.
Hackerlərin Samsung-dan oğurladıqları məlumatlar bazasında Galaxy smatfonlarını əhatə edən proqram təminatının mənbə kodu var və həmin proqram təminatı cihazların biometrik sistemlərinin və şifrələmə funksiyalarının dəstəklənməsində istifadə edilir. Samsung öz bəyanatında kiberhücum nəticəsində oğurlanmış məlumatlar arasında hansı konfidensial məlumatların olduğunu söyləməyib. Şirkət sadəcə olaraq qeyd edib ki, oğurlanmış məlumatlar bazası daxilində Samsung-un müştəriləri və partnyorlarını əhatə edən konfidensial məlumatlar yoxdur. Samsung bu məsələ ilə bağlı istintaq aparacağını bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Dünyanın ən təhlükəli sosial media platforması açıqlanıb!
Xiaomi 15 və Xiaomi 15 Pro təqdim olunub - QİYMƏTİ