main-post-cover

    Hackerlər saxta ChatGPT məlumatları vasitəsilə istifadəçilərin müxtəlif servislərdəki hesablarını oğurlayırlar

    Təhlükəsizlik
    23.02.2023
    Farid Pardashunas
        Kaspersky Lab yeni dələduzluq üsulu barəsində məlumat verib. Məlumatda qeyd edilib ki, yeni dələduzluq üsulu vasitəsilə hackerlər istifadəçilərin Google, Facebook, TikTok və digər servislərdəki hesablarını oğurlayırlar. Bunun üçün hackerlər Windows-da süni zəka əsaslı ChatGPT-dən necə istifadə etmək lazım olduğu barəsində təlimatlar yayırlar. Məlumata əsasən hackerlər istifadəçilərə ChatGPT-nin Windows üçün nəzərdə tutulmuş tətbiqini yükləməyə təklif edirlər. Lakin əslində ChatGPT-nin Windows üçün hər hansısa rəsmi tətbiqi mövcud deyil.
        Bunun üçün hackerlər sosial şəbəkələrdə OpenAI şirkəti adından qruplar yaradırlar və həmin qruplarda çat-bot barəsində maraqlı faktları və məlumatları paylaşırlar. Əlavə olaraq hackerlər çat-botun Windows üçün olan tətbiqini yükləməyi təklif edərək ondan istifadə məsələsində premium hesabların əldə edilməsini təqdim edirlər. Qruplardakı hər bir belə elan ChatGPT-nin “rəsmi” saytına yönləndirən linki özündə birləşdirir. Linkə keçid etməklə yüklənmiş faylın işə salınmasından sonra əməliyyat sistemi tərəfindən heç bir quraşdırılma prosesi baş tutmur və ya ekranda yüklənmiş faylın mövcud Windows versiyası ilə uyğunlaşmadığı bildirişinin əks olunduğu pəncərə ortaya çıxır.
        Əslində isə bu proses zamanı istifadəçinin kompüterinə xüsusi troyan daxil olur və o, brauzerdəki login ilə şifrələrin oğurlanmasını reallaşdırır. İlk növbədə hackerləri istifadəçilərin Google, Facebook və TikTok hesablarının login ilə şifrələri maraqlandırır. Əgər troyan biznes hesab tapırsa, əlavə olaraq onun balansı və reklama xərclədiyi vəsaitlər barəsində məlumatları da oğurlayır. Bütün bunlar hackerlərə oğurlanmış məlumatları qiymətləndirməyə imkan verirlər. Daha sonra isə onlar oğurlanmış hesabların geri qaytarılması üçün müəyyən qiyməti təyin edirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər