main-post-cover

    Hackerlər üçün münasib imkan: İnternetdə Windows XP-nin mənbə kodu ortaya çıxıb

    Təhlükəsizlik
    25.09.2020
    Farid Pardashunas
        Baxmayaraq ki, Windows XP-nin bir neçə müddət bundan öncə 19 yaşı tamam olub və onun dəstəyi rəsmi şəkildə 2014-cü ildə dayandırılıb, ondan bir çox kompüter və terminallarda istifadə edirlər. Məlum olub ki, Microsoft şirkətinin bu məşhur əməliyyat sistemini istifadəçilərdən əlavə olaraq hackerlər də yad edirlər. Belə ki, Windows XP-nin mənbə kodu internetdə aşkar edilib. Bu barədə 4pda saytı xəbər verib.
        Məlumata əsasən Windows XP-nin mənbə kodundan ibarət olan arxiv ABŞ-ın 4chan adlı forumuna yerləşdirilib. Sözügedən foruma yerləşdiriləndən 4 saat sonra həmin paylaşım arxivləşdirilib. İT təhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislərin sözlərinə əsasən internetdə Windows XP-nin mənbə kodunun ortaya çıxması çətin ki, hal hazırki istifadəçilərə ciddi problemlər yaşatsın.
        Belə ki, Windows XP istifadəçilərinin saylarının az olması maliyyə məsələsi üzrə hackerlərin diqqətlərini cəlb etmir. Lakin nəzərə alsaq ki, Windows son 2 onillik ərzində daimi yenilənmə seriyası kimi inkişaf edib, hackerlər potensial olaraq Windows 10 da daxil olmaqla müasir əməliyyat sistemi versiyalarının hack olunmasına imkan yarada biləcək bir çox üsullar aşkar edə bilərlər. Microsoft bu məsələ ilə bağlı rəsmi bir açıqlama verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər