main-post-cover

    Hackerlər zərərli proqram təminatı vasitəsilə Android istifadəçilərdən ümumilikdə 100 milyon dollar oğurlayıblar

    Təhlükəsizlik
    28.01.2022
    Emil Nəcəfov
        Mobil cihazların istifadəçilərinə yönəldilmiş kiberhücum sayəsində hackerlər 100 milyon dollar vəsait qazanıblar. Onlar bunu Google Play Store-da yerləşdirilmiş 470 ədəd zərərli tətbiq sayəsində reallaşdırıblar. Məlumata əsasən həmin zərərli tətbiqlərdən hər biri istifadəçilərin smartfonlarına Dark Herring adlı zərərli proqram təminatını yükləyib. Bu kiberhücum prosesini yaxından müşahidə etmiş Zimperium şirkətinin mütəxəssislərinin hesablamalarına əsasən istifadəçilərin ümumilikdə çəkdikləri zərər 100 milyon dollara bərabərdir. Yəni hər bir istifadəçinin üzərinə 15$ düşür. Google artıq həmin zərərli tətbiqləri Google Play Store-dan silib. Lakin bu, təhlükənin tamamilə aradan qalxdığı demək deyil.
        Belə ki, kənar tətbiq mağazalarında sözügedən zərərli proqram təminatı hələ də mövcuddur. Sözügedən zərərli proqram təminatını işə salmış hackerlərn əsas fikirləri ondan ibarət olub ki, istifadəçilər aylıq mobil şəbəkə xərclərinə əlavə 15$-ın daxil edilməsinə o qədər də fikir verməyəcəklər. Qeyd etmək lazımdır ki, hackerlər bu üsulu 100-dən çox istifadəçi hesabında reallaşdırıblar. Zimperium-un verdiyi məlumata əsasən Dark Herring adlı zərərli proqram təminatı 105 milyon Android cihazda aşkar edilib. Mütəxəssislər ilk dəfə bu kiberhücuma 2020-ci ilin mart ayında fikir vermişdilər. Həmin ilin noyabr ayına kimi bu zərərli proqram təminatı istifadəçilərin cihazlarından vəsait oğurlamağa davam edib.
    Linki kopyala