Logo
    main-post-cover

    Hakerlər 50 Cent-in X-dəki hesabını sındıraraq yarım saatda 3 milyon dollar qazanıblar

    Təhlükəsizlik
    24.06.2024
    Emil
         50 Cent ləqəbi ilə tanınan məşhur reper Curtis James Jackson öz pərəstişkarları ilə birlikdə dələduzluğun qurbanına çevrildiyini bildirib. Reperin sözlərinə əsasən kimliyi bilinməyən şəxslər bir neçə müddət bundan öncə dövriyyəyə buraxılmış $GUNIT adlı meme kriptovalyutanı onun pərəstişkarları arasında yaymaq məqsədilə onun X-dəki (keçmiş Twitter) hesabını və Thisis50 saytını sındırıblar. Məlumata əsasən adı qeyd edilmiş kriptovalyuta G-Unit adlı hip-hop qrupunun şərəfinə adlandırılıb. 50 Cent də daha öncə bu qrupun üzvlərindən biri olub.
    “Mənim Twitter hesabım və Thisis50.com saytı hakerlər tərəfindən sındırılıb. Mənim bu kriptovalyutaya heç bir aidiyyatım yoxdur” - deyə reper öz Instagram hesabında qeyd edib.
         Reper bildirib ki, X sosial şəbəkəsinin administrasiyası baş vermiş hadisəyə sürətli reaksiya verərək hesabı bloklamış olsa da, hakerlər pump-and-dump adlı taktikadan istifadə edərək külli miqdarda vəsait qazanıblar. Bu taktika çərçivəsində hər hansısa token ətrafında səs-küyün yaradılması və tokenin özünün qiymətinin yüksəldilməsi üçün kriptovalyutaya olan tələbatın artması ilə bağlı saxta mesajlar yayılır. Nəticədə hakerlər kriptovalyutanı əldə etmiş şəxslərin vəsaitlərini sadəcə olaraq oğurlayırlar. Məlumata əsasən 50 Cent üzərindən reallaşdırılmış bu dələduzluq sxemi sayəsində hakerlər yarım saat ərzində 3 milyon dollar vəsait qazanıblar.
    Paylaş