main-post-cover

    Hər 10 mobil tətbiqdən 7-si istifadəçilər barəsində əlavə məlumatları yığır

    Təhlükəsizlik
    28.09.2023
    Emil Nəcəfov
        NordVPN servisinin mütəxəssisləri AndroidiOS üçün nəzərdə tutulmuş 18 kateqoriyada müxtəlif tətbiqləri analiz ediblər. Aparılmış analizin nəticələri heç də ürəkaçan olmayıb. Mütəxəssislərin sözlərinə əsasən analizləri aparılmış tətbiqlərin 75%-i istifadəçilər barəsində düşünüldüyündən daha çox məlumat yığırlar. Təqdim edilmiş hesabata əsasən tətbiqlərin 42%-i istifadəçilərin digər veb saytlar və servislərdəki məlumatlarını, 37%-i isə istifadəçilərin yerləşdikləri yerlər barəsində məlumatları yığırlar. Halbu ki, yığılan bu məlumatlar tətbiqlərin fuinksionallıqları üçün heç də lazım deyillər.
        Bundan əlavə olaraq tətbiqlərin 35%-i cihaz kamerasından istifadə, 22%-i Gallery tətbiqinə keçid, 16%-i isə cihaz mikrofonundan istifadə sorğusunu göndəriblər. Bununla belə istifadəçilər çox zaman tətbiqlərdən istifadə qaydaları və şərtləri ilə razılaşaraq onlara bu sistemlərdən istifadəyə icazəni təqdim edirlər. Mütəxəssislər həmçinin Android və iOS əməliyyat sistemlərində tətbiqlərin cihaz sistemlərindən istifadə üçün sorğunun göndərilməsi məsələsində faiz göstəricilərini də təyin ediblər. Android-də bu göstərici 87%, iOS-də isə 60% təşkil edir.
        Google öz istifadəçilərinə cihazlarda konfidensiallıq ayarları ilə bağlı daha çox imkanlar təqdim edir. iOS isə standart olaraq daha sərt konfidensiallıq ayarlarına sahibdir. Mütəxəssislərin sözlərinə əsasən əsas diqqəti sosial şəbəkə tətbiqləri və messencerlər öz üzərlərinə çəkirlər. Məlumata əsasən sosial şəbəkə tətbiqləri ortalama 10 artıq icazə sorğusu, naviqasiya tətbiqləri 9 artıq icazə sorğusu, tanışlıq servisləri 6 artıq icazə sorğusu, messencerlər isə 5 artıq icazə sorğusu göndərirlər. Bu mövzuda ən az tələbkar olanlar isə mobil oyunlar olublar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər