Huawei Avstraliyanın şəbəkə operatorunun hack edilməsində günahlandırılıb

Huawei Avstraliyanın şəbəkə operatorunun hack edilməsində günahlandırılıb

Kibertəhlükəsizlik
20.12.2021 PAYLAŞIM

    Bloomberg saytı Huawei barəsində aparmış olduğu jurnalist araşdırmasının nəticələrini təqdim edib. Beləliklə araşdırma nəticələrinə əsasən 2012-ci ildə Huawei Avstraliyan;n böyük şəbəkə operatorlarından birindən məlumat oğurluğunu reallaşdırıb. Bu iddianın tərəfdarları bunun sübutu üçün lazımi sayda məlumatlar verməyiblər. Huawei isə bu cür iddiaları təkzib edir. 2012-ci ildə Avstraliya kəşfiyyatının əməkdaşları amerikalı həmkarlarına bildirmişdilər ki, onlar ölkənin telekommunikasiya sisteminə kənardan giriş halını aşkar ediblər. Kiberhücum Huawei təchizatlarına sistem yenilənməsinin quraşdırılması ilə başlamışdı. Baş vermiş hadisədən sonra ABŞ-ın və Avstraliyanın əks-kəşfiyyət əməkdaşları belə bir nəticəyə gəldilər ki, Çin Huawei təchizatlarını kəşfiyyət məlumatlarının əldə olunması üçün nəzərdə tutulmuş kanal qismində sistematik istifadə edib.

Bloomberg-in verdiyi məlumata əsasən Avstraliyanın böyük şəbəkə operatorlarından birinin təchizatlarındakı proqram təminatı yenilənməsi özündə zərərli kodu birləşdirib və nəticədə həmin təchizatlar özlərindən keçmiş mesajları Çinə göndəriblər.

    Bir neçə gündən sonra isə proqram təminatı yenilənməsindəki olmuş zərərli kod avtomatik olaraq silinib. Avstraliyanın xüsusi xidmət əməkdaşları belə bir nəticəyə gəliblər ki, Çin kəşfiyyatı Huawei şirkətinin təchizatların xidmətləri və proqram təminatı yenilənmələri ilə məşğul olmuş texniki əməkdaşlarının sırasına daxil ola bilib. 6 nəfər keçmiş amerikalı məmur Bloomberg-ə bildirib ki, Çin tərəfindən bu cür kiberhücumlar həmçinin ABŞ-da da baş verib. Jurnalistlər şirkət rəhbərliyinin kiberhücumdan xəbərdar və ya birbaşa kiberhücumla əlaqəli olub-olmadığı barəsində bir sübut tapa bilməyiblər. Huawei şirkətinin kibertəhlükəsizlik məsələləri üzrə mütəxəssisi John Suffolk bildirib ki, şirkətə qarşı irəli sürülmüş iddialarda konkretləşdirilmiş faktlar çox azdır.


    Mövcud olan məlumatları analiz edəndən sonra Bloomberg belə bir nəticəyə gəlib ki, kiberhücum Sinqapurun Optus adlı operatoruna edilib. Sözügedən operator həmçinin Avstraliyada da fəaliyyət göstərir. 2007-ci ildə sözügedən operator Huawei təchizatlarından istifadə edərək ölkədə 3G şəbəkəsini, 2012-ci ildə isə 4G şəbəkəsini istifadəyə vermişdi. Optus həmçinin orbital peyk sisteminə sahibdir və Avstraliya hərbçiləri ilə əməkdaşlıq edir. Huawei şirkətinin bu cür casusluq işlərində iştirakı üzrə yetəri qədər sübutların olmadığına baxmayaraq ABŞ və Avstraliya operatorların şəbəkələrindəki Huawei təchizatlarından tədricən imtina etməyə başladılar. Nəticədə Huawei sərt sanksiyalar ilə qarşılaşdı.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Safari brauzerindəki boşluq istifadəçi məlumatlarının sızdırılmasına səbəb ola b..

Apple şirkətinin Safari brauzerində aşkar edilmiş boşluq brauzer tarixçəsi ilə Google istifadəçi hes..


19 yaşlı mütəxəssis 25 ədəd Tesla elektromobili üzərində uzaqdan idarəni əldə ed..

İnformasiya təhlükəsizliyi üzrə 19 yaşlı mütəxəssis David Colombo bildirib ki, o, 13 ölkədən Tesla-n..


Yeni iOS virus sistem prosesi kimi maskalanaraq istifadəçi məlumatlarını oğurlay..

ZecOps şirkətinin mütəxəssisləri iPhone-larda yeni sistem boşluğunu aşkar edibkər.


Hackerlər zərərli linkləri Google Docs üzərindən yaymağa başlayıblar

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Avanan adlı şirkətin verdiyi məlumata əsasən hackerl..


Telegram-ın yaradıcısı Pavel Durov ABŞ messencerlərini yenidən tənqid edib..

Bir neçə müddət bundan öncə Signal messencerinin yaradıcısı Moxie Marlinspike Telegram-ı sərt şəkild..


Signal messencerinin yaradıcısı: 'Hətta Whatsapp ilə Messenger Telegram-dan daha..

Telegram istifadəçilər arasında Whatsapp ilə Messenger-in daha təhlükəsiz alternativi kimi məşhurlaş..

×