Logo
    main-post-cover

    ICE əməkdaşlarına Meta ağıllı eynəklərindən istifadə qadağan edildi

        ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) əməkdaşlarına iş zamanı Meta ağıllı eynəklərindən və buna bənzər cihazlardan istifadə etməməyi tapşırıb. “The New York Times”ın məlumatına görə, qurum əməkdaşlarına göndərdiyi daxili memorandumda belə cihazların həssas məlumatları istifadəçinin xəbəri olmadan çəkə, qeydə ala və ya ötürə biləcəyini bildirib. Bunun isə şəxsi məlumatların qorunması və hüquqi məxfilik baxımından risk yarada biləcəyi vurğulanıb.
    Ray-Ban Meta Glasses: Are There Privacy Risks? | EZOnTheEyes
        Qadağa yalnız əməliyyatlarda iştirak edən ICE agentlərinə deyil, qurumun bütün əməkdaşlarına şamil edilir. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) nümayəndəsi bildirib ki, əməkdaşların şəxsi bədən kameralarından istifadəsi onsuz da qadağan edilib. Məsələ Meta-nın ağıllı eynəklərinin son aylarda ABŞ-də miqrasiya əməliyyatları zamanı dəfələrlə görünməsindən sonra gündəmə gəlib. ICE və Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin (CBP) əməkdaşlarının bu eynəklərdən istifadə etdiyi müxtəlif hallarda müşahidə olunub. “404 Media”nın məlumatına görə, hətta bir CBP əməkdaşının eynəklə görüntü qeydə aldığı müəyyən edilib. “The Independent” isə oxşar halların ən azı altı ştatda müşahidə edildiyini yazıb.
        Maraqlıdır ki, DHS əməkdaşların şəxsi ağıllı eynəklərindən istifadəsini məhdudlaşdırsa da, ICE gələcəkdə özünün xüsusi ağıllı eynəklərindən istifadə edə bilər. Büdcə sənədlərinə əsasən, qurum gələn il əməkdaşlarını biometrik identifikasiya imkanlarına malik xüsusi ağıllı eynəklərlə təchiz etməyi planlaşdırır.
    Paylaş