Instagram-da süni intellekt boşluğu hesabların ələ keçirilməsinə səbəb olub
Təhlükəsizlik
11.06.2026
Farid
Meta şirkətinə məxsus Instagram platformasında istifadəçilərə dəstək göstərən süni intellekt əsaslı xidmətində təhlükəsizlik boşluğu aşkarlanıb. Məlumatı ABŞ-ın kibertəhlükəsizlik şirkəti Malwarebytes yayıb.
Technote.az xəbər verir ki, hücumçular bu boşluqdan istifadə edərək bir sıra yüksək profilli Instagram hesablarını ələ keçirə biliblər. Hücum zamanı zərərli proqramlardan və ya oğurlanmış giriş məlumatlarından istifadə edilməyib.
Araşdırmaya görə, hücumçular Meta-nın süni intellekt dəstək botundakı zəiflikdən yararlanaraq hədəf hesablara yeni elektron poçt ünvanları əlavə ediblər. Daha sonra hesabların bərpa mexanizmlərinə çıxış əldə olunub.
İnsident nəticəsində Obama administrasiyasına aid White House Instagram hesabı, Sephora şirkətinin hesabı və ABŞ Kosmik Qüvvələrinin yüksək rütbəli rəsmilərindən birinə məxsus profil də daxil olmaqla bir neçə hesab hədəfə alınıb.
Mütəxəssislər bildirirlər ki, hadisə süni intellekt əsaslı xidmətlərə həssas səlahiyyətlərin verilməsi zamanı əlavə təhlükəsizlik mexanizmlərinin vacibliyini göstərir. Ekspertlər hesabların idarə olunması sistemlərində “minimum səlahiyyət” prinsipi və çoxmərhələli təsdiqləmə mexanizmlərinin tətbiq edilməsini tövsiyə edirlər.
Paylaş