Logo
    main-post-cover

    Intel Çin milli təhlükəsizliyinə zərərin yetirilməsində şübhəli bilinir

    Təhlükəsizlik
    17.10.2024
    Emil
         Çin Kibertəhlükəsizlik Assosiasiyasının (CSAC) sözlərinə əsasən Intel şirkətinin Çində satılan məhsulları ciddi yoxlanışdan keçməlidir. Belə ki, sözügedən şirkət Çinin milli təhlükəsizliyinə zərərin vurulmasında şübhəli bilinir. Qeyd etmək lazımdır ki, CSAC sənaye qrupu olsa da onun Çin dövləti ilə çox sıx əlaqələri var. Bu səbəbdən də CSAC-ın rəsmi WeChat hesabında Intel ilə bağlı paylaşılmış uzun ittiham siyahısı Çin Kiberməkan Məsələləri İdarəsi (CAC) tərəfindən ciddi yoxlanışın aparılmasına səbəb ola bilər. Intel və CAC-ın rəsmi nümayəndələri bu mövzu ilə bağlı hələ fikir bildirməyiblər.
          “Çinin milli təhlükəsizliyini və çinli istehlaklçıların hüquq ilə maraqlarını daha effektiv şəkildə qorumaq üçün Intel-in Çində satdığı məhsullarının şəbəkə təhlükəsizliklərinin yoxlanması məsləhət görülür” - deyə CSAC-ın bəyanatında qeyd edilib. CSAC-ın bəyanatında səsləndirilmiş ittihamlara əsasən Intel prosessorları müəyyən boşluqlara sahibdirlər. Bura həmçinin süni zəka tapşırıqları üçün nəzərdə tutulmuş Xeon prosessorları da daxildirlər. Təşkilat bunu məhsulların keyfiyyətləri və təhlükəsizliyin idarəsi baxımından ciddi problem hesab edir. Bununla yanaşı məlumatda qeyd edilib ki, Intel-in proqram təminatı ABŞ Milli Təhlükəsizlik Agentliyinin backdoor-ları qarşısında acizdir.
    Paylaş