main-post-cover

    İnternetdə Whatsapp-ın Android üçün çoxlu sayda saxta versiyası yayılıb

    Təhlükəsizlik
    13.07.2022
    Farid Pardashunas
        Whatsapp-ın rəhbəri Will Cathcart öz Twitter hesabında Android istifadəçilərini saxta Whatsapp versiyalarının ciddi şəkildə yayılması barəsində xəbərdarlıq edib. Whatsapp dünyanın ən məşhur messenceri olmaqla yanaşı həmçinin adi istifadəçiləri aldatmaqda maraqlı olan dələduzlar üçün cəlbedici platformadır. Will Cathcart-ın verdiyi məlumata əsasən messencerin informasiya təhlükəsizliyi üzrə mütəxəssisləri özlərini Whatsapp kimi qələmə verən saxta proqram təminatlarını aşkar ediblər. Söhbət, Google Play-dən kənarda yüklənən proqram təminatlarından gedir. Buna misal olaraq Hey Whatsapp tətbiqini və orijinal messencerin digər klonlarını gətirmək olar.

    “Bir neçə müddət bundan öncə bizim mütəxəssislərimiz HeyMods ləqəbli tərtibatçı tərəfindən yaradılmış zərərli proqram təminatlarını aşkar etmişdilər. Bura həmçinin Hey Whatsapp tətbiqi də daxildir” - deyə Will Cathcart qeyd edib.

        Məlumata əsasən sözügedən tətbiqin yaradıcısı istifadəçilərə alternativ funksiyaları söz verib. Lakin əslində isə söz verilmiş funksiyalar istifadəçilərin cihazlarından konfidensial məlumatların oğurlanması üçün nəzərdə tutulmuş alətlərdir. Meta öz nöbəsində bu məlumatları Google şirkətinə təqdim edib və onlar birgə bu cür saxta tətbiqlərə qarşı mübarizə aparmağa başlayıblar. Google Play-də saxta Whatsapp versiyaları mövcud deyil. Lakin bu cür saxta messencerlərin tərtibatçıları, istifadəçiləri həmin saxta versiyaları kənar resurslardan yükləməyə sövq edirlər. Will Cathcart-in sözəlrinə əsasən Google Play Protect sistemi daha öncə yüklənmiş saxta Whatsapp versiyalarını təyin edərək onları deaktiv etməyi bacarır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər