İnternetdən istifadə edən hər kəsə təsir edə biləcək təhlükəsizlik açığı aşkar edilib!
Təhlükəsizlik
25.06.2024
Farid Pardashunas
İnternet bağlantısının gecikməsindən istifadə edərək istifadəçilərin internet tarixçəsini izləməyə imkan verən təhlükəsizlik açığı aşkar edilib. Üstəlik, bu təhlükəsizlik açığını bağlamağın heç bir yolu yoxdur.
Avstraliyanın Graz Universitetində çalışan bir qrup kibertəhlükəsizlik mütəxəssisi, internetə çıxışı olan hər kəsə texniki cəhətdən təsir edən təhlükəsizlik açığını müəyyən ediblər. "SnailLoad" adlanan bu zəiflik, internet bağlantısı gecikmələrindən istifadə edilərək istifadəçilərin izlənilməyinə imkan verir. SnailLoad-ı təhlükəli edən şeylərdən biri onun işləməsi üçün hər hansı bir zərərli proqramın tələb olunmamasıdır. Bu, təhlükəsizlik proqramları tərəfindən zəifliyin aşkar edilməsini qeyri-mümkün edir. Bir sözlə desək, bu təhlükəsizlik açığının hədəfinə çevrilsəniz, özünüzü qorumağınız qeyri-mümkün hala gəlir.
SnailLoad, internetdə nə etdiyinizə əhəmiyyət vermir. Buna görə də inkoqnito rejimini açaraq və ya VPN ilə brauzerdən istifadə etmək sözügedən boşluq üçün heç nə ifadə etmir. Burada vacib olan internet bağlantınızda yaşanan gecikmədir. Haker gecikmədən xəbərdar olduqdan sonra veb tarixçənizi izləməyə başlaya bilər. Hətta tədqiqatlar onu da göstərib ki, SnailLoad, YouTube-da videolara baxarkən də istifadə edilə bilər. Daha maraqlısı isə odur ki, bu açıqdan qorunmaq üçün heç bir yol yoxdur. Tədqiqatçıların fikrincə, internet provayderlərinin müştərilərinin internet sürətinin təsadüfi şəkildə süni olaraq yavaşladılması, təhlükəsizlik açığından qurtulmağın yeganə yolu ola bilər. Lakin bu da, internetin sürəti azaldıldıqca istifadəçilərin internetə çıxışının pisləşməsi deməkdir və bu istifadəçilər tərəfindən qəbuledilməzdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Hakerlər və dələduzlar süni zəkadan daha aktiv şəkildə istifadə etməyə başlayıblar
Hakerlər və dələduzlar süni zəkadan daha aktiv şəkildə istifadə etməyə başlayıblar
Aparılmış yeni tədqiqata əsasən hakerlər və dələduzlar kibercinayətlərin yerinə yetirilməsi və təhlükəsizlik sistemlərindən yan keçmək məsələlərində süni zəka texnologiyalarından daha çox istifadə etməyə başlayıblar.
Hakerlər 50 Cent-in X-dəki hesabını sındıraraq yarım saatda 3 milyon dollar qazanıblar
Hakerlər 50 Cent-in X-dəki hesabını sındıraraq yarım saatda 3 milyon dollar qazanıblar
50 Cent ləqəbi ilə tanınan məşhur reper Curtis James Jackson öz pərəstişkarları ilə birlikdə dələduzluğun qurbanına çevrildiyini bildirib.
Hakerlər mövcud şifrələrin 45%-ni 1 dəqiqəyə təyin edə bilərlər
Hakerlər mövcud şifrələrin 45%-ni 1 dəqiqəyə təyin edə bilərlər
Kaspersky Lab şirkətinin mütəxəssisləri darknetdə aşkar edilmiş 193 milyon şifrəni bu ay analiz ediblər.
Bir mesajla TikTok hesabının oğurlanması təhlükəsi ortaya çıxıb
Bir mesajla TikTok hesabının oğurlanması təhlükəsi ortaya çıxıb
Ortaya çıxmış yeni məlumata əsasən TikTok istifadəçiləri öz hesablarının oğurlanması təhlükəsi ilə qarşı-qarşıya qala bilərlər.
ABŞ Milli Təhlükəsizlik Agentliyi mobil cihazlarda kiberhücumlardan qorunmaq üçün bəzi məsləhətlər verib
ABŞ Milli Təhlükəsizlik Agentliyi mobil cihazlarda kiberhücumlardan qorunmaq üçün bəzi məsləhətlər verib
ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) mobil cihazlar üçün artan təhlükələr barəsində xəbərdarlıq edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!