
iOS istifadəçilərin biometrik məlumatlarını oğurlayan virus ortaya çıxıb
Təhlükəsizlik
15.02.2024
Emil
Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Group-IB şirkəti iOS üçün nəzərdə tutulmuş ilk troyan (trojan) virusunu aşkar edib. Aşkar edilmiş virus iOS istifadəçilərinin biometrik məlumatlarını oğurlamağa hədəflənib. Məlumatda qeyd edilib ki, istifadəçilər faktiki olaraq öz üz skanlarını hakerlərə özləri ötürürlər. GoldPixaxe adını əldə etmiş zərərli proqram təminatı Taylanddakı iOS istifadəçilərinin cihazlarına daxil olub.
Sözügedən virus Taylandın dövlət xidməti tətbiqi kimi maskalanır. Məlumata əsasən dövlət xidməti tətbiqi rolunda virus istifadəçilərdən şəxsiyyət vəsiqələrinin fotolarını çəkməyi və Face ID üzərindən üz skanını reallaşdırmağı istəyir. Eyni hal Vyetnamda da müşahidə edilib. Hakerlər tərəfindən bu üsul ilə oğurlanmış biometrik məlumatlar bank və dövlət müəssisələrində yoxlanışdan keçmə prosesində istifadə edilə bilər. Məlumata əsasən GoldPixaxe-nin həmçinin Android üçün nəzərdə tutulmuş versiyası da mövcuddur.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
