iOS və iPadOS-in yeni versiyalarında ciddi sistem boşluğu aşkar edilib

iOS və iPadOS-in yeni versiyalarında ciddi sistem boşluğu aşkar edilib

Kibertəhlükəsizlik
31.10.2022 PAYLAŞIM

    iOS 16.1 əməliyyat sistemi özündə bir sıra yenilikləri birləşdirir və həmin yeniliklər istifadəçilərə təqdim olunan imkanları genişləndirirlər. Lakin Hindistanın İnformasiya Texnologiyaları Nazirliyinin sözlərinə əsasən iOS 16.1 iPadOS 16 kimi olan versiyalar kiberhücumlar üçün istifadə edilə biləcək sistem boşluğuna sahibdirlər və həmin boşluq vasitəsilə reallaşdırılan kiberhücumlar nəticəsində hackerlər istifadəçilərin özəl məlumatlarını əldə edə bilərlər. Mövcud problem barəsində məlumatı Hindistanın İnformasiya Texnologiyaları Nazirliyinə daxil olan xüsusi qrup tərəfindən verilib. Nazirliyin tərkibində fəaliyyət göstərən xüsusi qrup kompüter mövzusunda olan fövqəladə vəziyyətlərə reaksiya verən qrupdur.

    Beləliklə mütəxəssislərin verdikləri məlumata əsasən iOS (16.1 də daxil olmaqla) ilə iPadOS-in bəzi versiyaları özlərində sistem boşluğunu birləşdirirlər və həmin sistem boşluğu vasitəsilə hackerlər uzaqdan DoS hücumlar reallaşdıraraq istifadəçilərin özəl məlumatlarını əldə edə bilərlər. Mütəxəssislərin hesabatlarına əsasən CVE-2022-42827 identifikatorlu sistem boşluğu sayəsində hackerlər iPhone 8 və ondan sonrakı bütün iPhone modellərini, bütün iPad Pro modellərini, iPad Air 3 və ondan sonrakı bütün iPad Air modellərini və o cümlədən 5-ci nəsil də daxil olmaqla 5-ci nəslə kimi olan digər bütün iPad iPad mini modellərini uzaqdan hack edə bilərlər. Sözügedən əməliyyat sistemlərindəki boşluqdan istifadə etmək üçün bu və ya digər hackerə sadəcə olaraq istifadəçini xüsusi fayl və ya tətbiqi yükləməyə məcbur etmək kifayət edir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google öz axtarış sistemində zərərli proqram təminatlarına sahib saxta saytları ..

Görünür. Google şirkəti öz axtarış sistemində nələrin reklam edilməsi məsələsinə o qədər də diqqət a..


Hackerlər şifrələr meneceri olan Norton Password Manager-in istifadəçilərinin mə..

Hal hazırda şirkət bu hadisədən zərər çəkmiş müştərilərinə müvafiq bildirişin göndərilməsi ilə məşğu..


App Store ilə Google Play-də ChatGPT-nın saxta versiyaları ortaya çıxmağa başlay..

Süni zəka əsaslı ChatGPT çat-botu son zamanlarda İT sahənin ön çox müzakirə edilən mövzularından bir..


Hackerlər süni zəka əsaslı ChatGPT çat-botunu virusların yaradılmasında istifadə..

Süni zəka əsaslı ChatGPT çat-botunun istifadəyə verildiyi vaxtdan o, geniş tətbiq sahələrində istifa..


200 milyon Twitter istifadəçisinin məlumatları internetə sızdırılıb

Keçən ayın sonunda kimliyi bilinməyən hacker 400 milyon Twitter istifadəçisinin konfidensial məlumat..


Android smartfonlarda telefon danışıqlarını dinləməyin yeni üsulu aşkar edilib..

Amerikalı alimlər Android smartfonlarda telefon danışıqlarını dinləmək üçün nəzərdə tutulmuş yeni üs..

×