main-post-cover

    İsrail kiberhücumlardan qorunmaq üçün 'Kiber Qübbə' adlı rəqəmsal təhlükəsizlik sistemi yaradacaq

    Təhlükəsizlik
    01.07.2022
    Emil Nəcəfov
        Bir neçə gün bundan öncə İsrail Milli Kiber İdarəsinin yeni rəhbəri Gaby Portnoy bildirmişdi ki, İsrail şəbəkə hücumlarından qorunmaq üçün nəzərdə tutulmuş milli sistem yaradacaq. İsrailin artıq mövcud olan “Dəmir Qübbə” adlı hava hücumdan müdafiə sistemi kimi “Kiber Qübbə” adlı sistem də İsraili düşmən ölkələrdən, təşkilatlardan və ayrı-ayrı insanlardan müdafiə edəcək.
        “”KiberQübbə” sistemi ölkənən kiber sahəsinə yeni mexanizmləri əlavə etməklə milli kibertəhlükəsizlik səviyyəsini yüksəldəcək. Bu üsullar ölkə miqyasındakı kiberhücumlardan ola biləcək zərərləri nəzərə çarpacaq dərəcədə aşağı salacaq. Bundan əlavə olaraq “Kiber Qübbə” sistemi milli aktivlərin təhlükəsizliklərinin təmin olunması üçün əlavə mexanizmlər və xidmətlər təqdim edəcək” - deyə Gaby Portnoy qeyd edib.
        İsrailin şəbəkə hücumlarından qorunması üçün nəzərdə tutulmuş yeni nəsil təhlükəsizlik sisteminə ehtiyac duymasına Portnoy sadə bir misal ilə aydınlıq gətiib. Belə ki, İsrailin Milli Kiber İdarəsi təkcə keçən il ərzində 1500 kiberhücum təyin edərək onların qarşısını alıb. Məlumatda qeyd edilib ki, reallaşdırılmış kiberhücumların əksəriyyətinin arxasında İran dayanıb. Bununla belə adi hackerlər, cinayətkar təşkilatlar və fiziki şəxslər tərəfindən də kiberhücumlar daimi şəkildə reallaşdırılır.
    Linki kopyala