İtkin düşmüş şəxslərlə bağlı Onlayn Sorğu Mərkəzi istifadəyə verilib
Təhlükəsizlik
02.07.2026
Farid
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Onlayn Sorğu Mərkəzini (Online Inquiry Center - OIC) istifadəyə verib. Yeni rəqəmsal platforma itkin düşmüş şəxslərlə bağlı məlumatların və vətəndaş müraciətlərinin elektron qaydada qəbulunu və idarə olunmasını təmin edir.
Technote.az xəbər verir ki, portal Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) arasında əməkdaşlıq çərçivəsində hazırlanmış Məlumat İdarəetmə Sistemi (iDMS) əsasında yaradılıb. Sistem məlumatların vahid elektron bazada idarə olunmasına və dövlət qurumları arasında operativ məlumat mübadiləsinə imkan yaradır.
Portal vasitəsilə vətəndaşlar itkin düşmüş şəxslər barədə məlumat təqdim edə, Dövlət Komissiyasına elektron sorğu göndərə və ehtimal olunan məzar yerlərini coğrafi koordinatlarla bildirə bilərlər. Həmçinin sistemə fotoşəkillər, sənədlər və digər materiallar elektron formada əlavə etmək mümkündür.
Portal tam şəkildə Azərbaycan dilində fəaliyyət göstərir və məlumatlar Azərbaycan ərazisində yerləşən serverlərdə saxlanılır. Sistemin hazırlanması zamanı milli qanunvericiliyin tələbləri nəzərə alınıb.
Yeni platforma daxil olan məlumatların vahid elektron bazada sistemləşdirilməsi və təhlilini təmin edir. Bu, axtarış, qazıntı, ekshumasiya və eyniləşdirmə proseslərinin daha səmərəli planlaşdırılmasına imkan yaradır.
Paylaş
Bənzər xəbərlər