Logo
    main-post-cover

    Kanada kəşfiyyatı TikTok haqqında xəbərdarlıq edib!

    Təhlükəsizlik
    20.05.2024
    Farid

         Çin kəşfiyyatının Kanadadakı istifadəçi məlumatlarına daxil olduğu iddiası ilə Kanada kəşfiyyatı ictimaiyyəti TikTok-dan istifadə etməməyə çağırır.

         Kanada kəşfiyyat agentliyi CSIS, TikTok-a qarşı ictimaiyyəti xəbərdarlıq edib. CSIS rəhbəri, açıqlamasında tətbiqin əldə etdiyi məlumatların Çin kəşfiyyatı tərəfindən istifadə edilə biləcəyini söyləyir və ictimaiyyəti TikTok-dan istifadə etməməyə çağırır. Kanada kəşfiyyatının rəhbəri David Vigneault, CBC News-a verdiyi son müsahibədə Çin hökumətinin dünyanın hər yerindən məlumat toplamaq üçün müxtəlif üsullara malik olduğunu bildirib. Kəşfiyyat rəhbəri, həmçinin Çin hökumətinin kompüterlərinin çox güclü olduğunu, onların məlumatları yaxşı analiz etmək üsuluna sahib olduqlarını, bütün bu məlumatları süni intellektlə emal etdiklərini və istifadəçiləri TikTok-dan istifadə etməməklərini bildirib.
         TikTok-dan istifadə etməmək çağırışından sonra mərkəzi şirkət ByteDance bildirib ki, ABŞ və Avropadakı istifadəçilərinin məlumatlarına əvvəllər heç kim daxil olmayıb. Şirkət, ABŞ və Avropadan olan istifadəçi məlumatlarını Amerikadakı Oracle-da saxlayır. Oracle-da yerləşdirilən məlumatlar Project Texas və Project Clover adlanır. Bu yaxınlarda dərc edilmiş bi hesabat isə şirkətin, ABŞ istifadəçilərinin məlumatlarını gizlətmək üçün böyük səy göstərdiyini ortaya qoyur. Şirkətin sözçüsü Danielle Morgan, The Verge-ə verdiyi müsahibəsində “Bu iddialar sübutlarla dəstəklənmir və həqiqət budur ki, şirkətimiz heç vaxt Kanadalı istifadəçilərin məlumatlarını Çin hökuməti ilə paylaşmayıb və xahiş etsələr belə bunu etməyəcək." sözlərini deyib.
    Paylaş