
Kanadanın nizamlayıcı orqanı ChatGPT-nin yaradıcısı OpenAI şirkətinə qarşı istintaqa start verib
Təhlükəsizlik
06.04.2023
Emil
Kanadanın konfidensiallıq məsələləri ilə bağlı komisarlığı OpenAI şirkətinə qarşı istintaqa start verib. Bu, istifadəçilərin razılıqları olmadan onların şəxsi məlumatalarından istifadə halları barəsində şikayətlərdən sonra baş verib. Süni zəka əsaslı ChatGPT çat-botu öz imkanları hesabına bir neçə ay ərzində əsl sensasiyaya çevrildi. Lakin sözügedən çat-botun tənqidçiləri onun təqdim etdiyi məlumatların mənbələri barəsində narahatlıq keçirirlər. “Biz, aktiv şəkildə inkişaf edən texnoloji nailiyyətlərlə ayaqlaşmalı və hətta onları qabaqlamalıyıq. Bu mənim üçün əsas fəaliyyət istiqamətlərindən biridir” - deyə Philippe Dufresne qeyd edib. Philippe Dufresne Kanadanın konfidensiallıq məsələləri ilə bağlı komisarıdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
