
Kompüterlərdə süni zəka tətbiqi kimi maskalanan yeni virus yayılır
Təhlükəsizlik
31.05.2024
Emil
Kaspersky Lab şirkətinin mütəxəssisləri yeni zərərli proqram təminatını aşkar ediblər. Onlar aşkar edilmiş yeni zərərli proqram təminatını analiz edərək təyin ediblər ki, hakerlər onu səsin dəyişilməsinə hədəflənmiş neyron şəbəkəsi tətbiqi kimi istifadəçilər arasında yayırlar. Mütəxəssislər bu cür tətbiqin yüklənməsinin hansı fəsadlara yol aça biləcəyini açıqlayıblar. Süni zəka tətbiqləri altında internetdə Gipy troyan (trojan) virusu aktiv şəkildə yayılır. Məlumata əsasən kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər bu troyan virusuna ilk dəfə hələ 2023-cü ilin ortasında rast gəlmişdilər. Süni zəka tətbiqi kimi maskalanaraq kompüterin sisteminə daxil olandan sonra bu virus kompüterə zərərli proqram təminatlarını yükləməyə başlayır. Onlardan bəziləri aşağıdakı siyahıda qeyd edilib.
- TrueClient adlı backdoor
- Corona adlı kriptovalyuta mayneri
- Apocalypse ClipBanker adlı troyan
- DCRat və RADXRat da daxil olmaqla kompüterə distant girişin əldə edilməsi üçün nəzərdə tutulmuş müxtəlif proqram təminatları.
Bütün bu proqram təminatları kompüterə yükləndikdən sonra onlar kompüteri istismar etməyə başlayırlar. Belə ki, onlar kompüterdəki özəl məlumatları oğurlayır, kompüteri kriptovalyuta mayninqi üçün istifadə edir və hakerlərə qurbanın kompüterinə distant şəkildə girişi təmin edirlər. Bu cür kiberhücumun qurbanı olmamaq üçün istifadəçilərə tətbiqləri yalnız rəsmi mənbələrdən yükləmək məsləhət görülür.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
