main-post-cover

    macOS-dəki virus yoluxmalarının 50%-i bir tətbiqin ucbatından baş verir

    Təhlükəsizlik
    17.11.2022
    Farid Pardashunas
        Elastic Security Labs şirkətinin mütəxəssisləri 2022 Global Threat Report adlı tədqiqatı təqdim ediblər. Həmin tədqiqatda mütəxəssislər informasiya təhlükəsizliyi sahəsindəki əsas trendləri qeyd ediblər. Təqdim edilmiş tədqiqatdan həmçinin məlum olub ki, macOS əməliyyat sistemi xarici təhlükələrdən çox yaxşı şəkildə qorunur və bu əməliyyat sistemində olan müxtəlif virus yoluxmalarının 50%-i bir tətbiq ucbatından baş verir. Şirkət qeyd edib ki, zərərli proqram təminatlarının ümumi saylarının yalnız 6.2%-i macOS-dəki təhlükəsizlik mexanizmlərindən yan keçə bilir.
        Windows-da bu göstərici 54.4%, Linux-da isə 39.4% təşkil edir. Bu statistikada təəccüblü heçnə yoxdur. Belə ki, Apple öz məhsullarının təhlükəsizlik sistemlərinə çox ciddi diqqət ayırır. Maraqlısı ondadır ki, macOS-ə daxil ola bilən zərərli proqram təminatlarının 50%-i bir mənbədən istifadə edir. Söhbət, MacKeeper adlı tətbiqdən gedir. Mütəxəssislər qeyd ediblər ki, hackerlər Mac kompüterlərinə zərər vermək məsələsində sözügedən tətbiqdən tez-tez istifadə edirlər. Səbəb isə ondadır ki, MacKeeper macOS daxilində çoxlu sayda sistem icazəsinə sahibdir və bundan əlavə olaraq o, sistemdəki fayllar ilə prosesləri əlçatan edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər