main-post-cover

    MacOS əməliyyat sistemi üçün olan virusların sayı 11 dəfə artıb

    Təhlükəsizlik
    21.03.2021
    Emil Nəcəfov
        Ənənəvi olaraq ən təhlükəsiz əməliyyat sistemi hesab edilən macOS hackerlər arasında məşhurlaşmağa davam edir. Məlum olub ki, 2019-cu il ilə müqayisədə 2020-ci il üzrə sözügedən əməliyyat sisteminə qarşı olmuş kibertəhlükələrin sayı 11 dəfə artıb. Lakin praktiki cəhətdən hər şey heç də bu qədər pis deyil. Atlas VPN tərtibatçıları müxtəlif əməliyyat sistemləri üzrə zərərli proqram təminatları məsələsində yeni hesabat təqdim ediblər. Beləliklə tədqiqatçılar aşkar ediblər ki, 2020-ci il üzrə macOS-ə qarşı olmuş kibertəhlükələrin sayı 11 dəfə artıb.
        Başqa sözlə desək, həmin təhlükələrin sayı 674.273 ədəd təşkil edib. Bu isə macOS üçün rekord göstəricidir. Bu, ortalama hər gün 1847 yeni təhlükə mənbəyi deməkdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2019-cu ildə macOS üçün nəzərdə tutulmuş 56.556 ədəd virus aşkar edilmişdi. 2015-ci ilə kimi isə onların sayı heç 1000-i keçmirdi. Zərərli proqram təminatlarının saylarının artması onunla bağlıdır ki, indiki zamanda onların yaradılması elə də çətin bir proses deyil.
        İndiki zamanda hackerlər dərin proqramlaşdırma biliklərinə ehtiyac duymurlar. Belə ki, onlar zərərli şifrəni hazır şəkildə ala bilərlər. Beləliklə onlar böyük olmayan kod sətri vasitəsilə əldə edilmiş şifrəni təkmilləşdirə və nəticədə yeni təhlükəli virus yarada bilərlər. Bununla belə aşkar edilmiş göstəricilər Windows üçün nəzərdə tutulmuş virusların ümumi sayları qarşısında heçnədirlər. Belə ki, mütəxəssislər qeyd ediblər ki, 2020-ci ildə macOS üçün aşkar edilmiş 674.273 ədəd virus həmin il ərzində Windows üçün aşkar edilmiş virusların ümumi sayının 1%-ni təşkil edir. Onlar bildiriblər ki, 2020-ci ildə Windows üçün 91.05 milyon ədəd yeni virus aşkar edilib.
    Linki kopyala