
Məhkəmə iddiasına baxmayaraq Pegasus casus tətbiqi vasitəsilə Whatsapp istifadəçiləri izlənilib
Təhlükəsizlik
14.05.2025
Emil
Məhkəmə, iOS və Android əsaslı cihazların sındırılması üçün Pegasus adlı casus proqram təminatını hazırlayan İsrail şirkəti NSO Group-u WhatsApp istifadəçilərinə qarşı hədəfli hücumlar həyata keçirdiyinə görə Meta şirkətinə 167 milyon dollardan çox təzminat ödəməyə məcbur edib. İş materiallarının araşdırılması göstərib ki, NSO Group məhkəmə iddiası qaldırılmasına baxmayaraq, WhatsApp istifadəçilərinə qarşı casus tətbiqdən istifadəsini davam etdirib. 2019-cu ilin noyabrında bu proqram təminatı ilə həyata keçirilən hücumdan sonra WhatsApp şirkəti NSO Group-a qarşı iddia qaldırmışdı. Məhkəmə prosesi beş ildən çox davam edib. Hökm elan edildikdən dərhal sonra Meta bu qərarı “məxfilik və təhlükəsizlik sahəsində mühüm addım” kimi qiymətləndirib.

Məhkəmə qərarına əsasən, NSO Group WhatsApp-a Pegasus proqramının ilkin kodlarını və istifadə etdiyi digər kibermüşahidə alətlərini təqdim etməyə məcburdur. TechCrunch nəşri 1000 səhifədən çox məhkəmə protokoluna əsaslanan bir material dərc edib. Məhkəmə prosesinin uzunmüddətli olması nəzərə alındıqda, bu həcm təəccüblü deyil. Lakin bəzi hissələr İsrail şirkətinin cəsarətli fəaliyyət taktikasını ortaya qoyur. Bu epizodlardan biri, jurnalist Lorenzo Franceschi-Bicchierai-nin sözləri ilə desək, NSO Group-un məhkəmə prosesi başlayandan sonra belə WhatsApp-da aşkar edilmiş boşluqlardan istifadə etməyə davam etməsi ilə bağlı “cürətsizliyini” nümayiş etdirir. Bu faktı məhkəmədə NSO Group-un tədqiqat və inkişaf üzrə vitse-prezidenti Tamir Gazneli təsdiqləyib.

Onun sözlərinə görə, Erised kod adlı eksployt versiyalarından biri 2019-cu ilin sonundan 2020-ci ilin may ayına qədər istifadə olunub. Digər iki versiya isə Eden və Heaven adlanırdı. Bu üçü birlikdə Hummingbird adlı daxili kod adı altında birləşdirilmiş və zero-click mexanizmi vasitəsilə hücumlar üçün istifadə olunmuşdu. Yəni qurbanın heç bir hərəkətinə ehtiyac olmadan həyata keçirilən hücumlar. Meta şirkəti rəsmi açıqlamasında bildirib ki, kiberhədələr üzrə tədqiqatçılar və ictimai informasiya təhlükəsizliyi sahəsində çalışan jurnalistlər üçün məhkəmə prosesinin qeyri-rəsmi protokollarını ictimaiyyətə açıqlamağı planlaşdırır. Öz növbəsində NSO Group məhkəmə qərarından apellyasiya şikayəti vermək niyyətində olduğunu bəyan edib.
Mənbə: 9to5mac
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
