main-post-cover

    Məlumat yığımına qadağadan sonra da Facebook ilə Snapchat iOS istifadəçilərini izləməyə davam edirlər

    Təhlükəsizlik
    08.12.2021
    Emil Nəcəfov
        Apple şirkətinin konfidensiallıq siyasəti Facebook Snapchat kimi tətbiqlərə reklam targetinqinin təyin edilməsi üçün istifadəçilərin davranışlarını izləməyə davam etməyə imkan verir. Bu, hətta istifadəçilərin tətbiqlər tərəfindən məlumat yığmalarını qadağan etdikləri zaman da baş verir. Bu barədə Financial Times xəbər verib. Bu ilin may ayında Apple şirkəti App Tracking Transparency adlı funksiyanı istifadəyə vermişdi. Bu funksiya iOS istifadəçilərinə tətbiqlər ilə veb saytların istifadəçi barəsində fərdi məlumatları yığmalarını qadağan etmək imkanını verir. 7 aydan sonra Facebook Snapchat kimi tətbiqlərə bir şərtlə istifadəçilərin məlumatlarını yığmağa icazə verildi. Belə ki, yığılan məlumatların məxsus olduqları istifadəçilər anonim olmalı idilər. Yəni yığılan məlumatlar konkret bir istifadəçiyə aid olmamalıdır.
        Məlumata əsasən Apple şirkəti tətbiq tərtibatçılarına istifadəçilərin kimliklərini təyin etməyə imkan verən məlumatların cihazlardan yığılmasını qadağan etməsindən sonra istifadəçilərin anonimliklərinin mümkünlüyü aktivləşdi. Lakin proqram təminatını yaratmış şirkətlərin fikirlərinə əsasən onlar istifadəçilərdən xüsusi reklam elanlarını göstərməyə imkan verən məlumatları yığmağa davam edə bilirlər. Apple bu cür üsullara qarşı olsa da, həmin üsullar sayəsində üçüncü tərəflər istifadəçilərin tətbiqlərə məlumatların yığılmasına icazə verib-vermədiklərindən asılı olmayaraq istifadəçi qruplarını analiz edə bilirlər. Bundan əlavə olaraq Apple şirkəti tətbiqlərə cihazın IP ünvanı, yerləşdiyi yer, modeli və ekran ölçüsü kimi məlumatları təqdim edir. Baxmayaraq ki, bu məlumatlar reklam verənlər tərəfindən aktiv şəkildə istifadə olunurlar.
        Snapchat investorlarına xəbər verilib ki, şirkət tətbiqlərdəki izlənməni qadağan etmiş istifadəçilər də daxil olmaqla özünün 306 milyon istifadəçisinin məlumatlarını reklam verənlərlə paylaşacaq. Beləliklə reklam verənlər real zaman ərzində öz reklam kampaniyalarının uğurlu olub-olmadıqlarını izləyə biləcəklər. Facebook isə bildirib ki, o, anonim məlumatlardan istifadə edərək öz reklam infrastrukturunun bərpası üçün bütün səylərini ortaya qoyacaq. Bu ilin iyun ayında istifadəçilər Apple-dan konfidensiallıq siyasətinin sərtləşdirilməsini tələb etmşdilər. Belə ki, məlum olmuşdu ki, üçüncü tərəflər istifadəçilər üçün reklam targetinqinin təyin olunması yolunda müxtəlif yan üsullardan istifadə edirlər. Görünür, Apple şirkəti istifadəçilərin konfidensiallıqlarını qorumaq üçün əlavə tədbirlər görməyib.
    Linki kopyala