Məşhur brauzerlərin sahib olduqları boşluqların sayı üzrə reytinq tərtib olunub

Məşhur brauzerlərin sahib olduqları boşluqların sayı üzrə reytinq tərtib olunub

Kibertəhlükəsizlik
06.10.2022 PAYLAŞIM

    Atlas VPN adlı VPN provayder müasir brauzerlərin təhlükəsizlik reytinqlərini tərtib edib. Reytinqə daxil olmuş brauzerlər aşkar edilmiş sistem boşluqları üzrə qiymətləndiriliblər. Nəticədə tərtib edilmiş reytinqin nəticələri heç də gözlənilən olmayıb. VulDB adlı resursun statistikasına əsasən bu ilin 1 yanvar tarixindən 5 oktyabr tarixinə kimi Google Chrome brauzeri ən çox sistem boşluqlarına sahib brauzerlər siyahısında birinci yeri tutub. Belə ki, qeyd edilmiş müddət ərzində sözügedən brauzerdə 303 boşluq aşkar edilib.


    Brauzerin mövcud olduğu bütün müddət ərzində isə onun daxilində aşkar edilmiş boşluqların sayı 3100-ü keçib. Google Chrome-da aşkar edilmiş son boşluqların kompüterin yaddaşına zərər verə biləcəkləri güman edilir. Antireytinqin ikinci pilləsində Mozilla Firefox brauzeri qərarlaşıb. Belə ki, 1 yanvar tarixindən 5 oktyabr tarixinə kimi bu brauzerdə 117 ədəd boşluq, brauzerin mövcud olduğu bütün müddət ərzində isə 2361 ədəd boşluq aşkar edilib. Antireytinqin üçüncü yerini Microsoft Edge tutub.

    Bu ilin əvvəlindən Microsoft Edge-də 103 ədəd boşluq aşkar edilib. Brauzerin mövcud olduğu bütün müddət ərzində isə onda aşkar edilmiş boşluqların sayı 800-dən bir qədər çoxdur. Dördüncü yerdə Apple şirkətinin Safari brauzeri qərarlaşıb. Bu ilin ilk 3 rübü çərçivəsində onda 26 ədəd boşluq aşkar edilib. Safarinin mövcud olduğu bütün müddət ərzində isə onda 1139 ədəd boşluq aşkar edilib. Bu top beşlik arasında qismən ən təlükəsiz brauzer adını Opera qazanıb. Bu il ərzində Opera-da hələ heç bir kritik boşluq aşkar edilməyib. Onun mövcud olduğu bütün müddət ərzində aşkar edilmiş boşluqların ümumi sayı 344 ədəd təşkil edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google öz axtarış sistemində zərərli proqram təminatlarına sahib saxta saytları ..

Görünür. Google şirkəti öz axtarış sistemində nələrin reklam edilməsi məsələsinə o qədər də diqqət a..


Hackerlər şifrələr meneceri olan Norton Password Manager-in istifadəçilərinin mə..

Hal hazırda şirkət bu hadisədən zərər çəkmiş müştərilərinə müvafiq bildirişin göndərilməsi ilə məşğu..


App Store ilə Google Play-də ChatGPT-nın saxta versiyaları ortaya çıxmağa başlay..

Süni zəka əsaslı ChatGPT çat-botu son zamanlarda İT sahənin ön çox müzakirə edilən mövzularından bir..


Hackerlər süni zəka əsaslı ChatGPT çat-botunu virusların yaradılmasında istifadə..

Süni zəka əsaslı ChatGPT çat-botunun istifadəyə verildiyi vaxtdan o, geniş tətbiq sahələrində istifa..


200 milyon Twitter istifadəçisinin məlumatları internetə sızdırılıb

Keçən ayın sonunda kimliyi bilinməyən hacker 400 milyon Twitter istifadəçisinin konfidensial məlumat..


Android smartfonlarda telefon danışıqlarını dinləməyin yeni üsulu aşkar edilib..

Amerikalı alimlər Android smartfonlarda telefon danışıqlarını dinləmək üçün nəzərdə tutulmuş yeni üs..

×