main-post-cover

    Meta ChatGPT ilə bağlı dələduzluqlar səbəbilə Facebook-da yeni növ istifadəçi hesablarını istifadəyə verəcək

    Təhlükəsizlik
    04.05.2023
    Farid Pardashunas
        ChatGPT və digər generativ süni zəka sistemlərinin məşhurlaşmasından sonra dələduzların aktivliklərinin artması səbəbilə Meta şirkəti müəssisələr üçün yeni işlək hesabların yaradılması imkanını istifadəyə verməyi planlaşdırır. Şirkətin bəyanatında qeyd edilib ki, təkcə bu ilin mart ayından o, ChatGPT və ona bənzər sistemlərdən istifadə edərək internetdəki istifadəçi hesablarını hack edən 7 növ zərərli proqram təminatı aşkar edib. Bununla yanaşı şirkət sosial şəbəkə daxilində 1000-ə yaxın zərərli linki bloklayıb. Şirkət bildirib ki, dələduzlar çox zaman ChatGPT adı altında təqdim edilən mobil tətbiqlərdən və brauzerlər üçün olan əlavələrdən istifadə edirlər.
        Bir qayda olaraq bu cür mobil tətbiqlər və brauzer əlavələri ChatGPT-nin bəzi funksiyalarını təklif edirlər. Lakin onların əsas məqsədləri istifadəçi hesablarının oğurlanmasıdır. Meta bildirib ki, öz biznesini Facebook vasitəsilə idarə edənlər və ya sosial şəbəkə platformasını öz işləri üçün daha fərqli şəkildə istifadə edənlər bu cür dələduzluq sxemlərinin əsas qurbanlarına çevriliblər. Dələduzlar çox zaman istifadəçilərin şəxsi hesablarına diqqət yetirirlər. Belə ki, həmin hesablar potensial olaraq biznes səhifələrə bağlı olurlar.
        Biznes səhifələr isə özlərində bank kartı məlumatlarını saxlaya bilərlər. Bu cür hallarla mübarizə aparmaq üçün Meta şirkəti müəssisələr üçün Meta Work adı altında yeni növ istifadəçi hesablarını istifadəyə verməyi hədəfləyib. Bu cür hesablar öz sahiblərinə Facebook Business Manager alətlərindən istifadə etməyə imkan verəcəklər. Bununla belə həmin hesablar istifadəçilərin əsas hesablarına bağlı olmayacaqlar. Şirkət bildirib ki, o, yeni növ istifadəçi hesablarının testinə artıq bu il ərzində start verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər