Logo
    main-post-cover

    Meta-nın AI sistemi hakerlərin hədəfinə çevrildi

        Meta-nın Instagram istifadəçilərinə kömək etmək üçün təqdim etdiyi süni intellekt əsaslı dəstək çatbotu təhlükəsizlik boşluğu səbəbindən hakerlər tərəfindən istismar olunub. 404 Media-nın məlumatına görə, hücumçular Meta AI çatbotundan istifadə edərək başqa şəxslərə məxsus Instagram hesablarının e-poçt ünvanlarını dəyişdirə və daha sonra parollarını sıfırlayaraq hesabları ələ keçirə biliblər.
        Telegram-da yayılan videoda haker Meta-nın dəstək botuna yeni e-poçt ünvanını hesabla əlaqələndirməyi tapşırır. Çatbot isə həmin ünvana təsdiq kodu göndərir. Haker bu kod vasitəsilə yeni e-poçt ünvanını təsdiqləyərək hesabın parolunu dəyişir və orijinal sahibini hesabdan kənarlaşdırır. Meta bildirib ki, aşkarlanan problem artıq aradan qaldırılıb və təsirlənən hesabların təhlükəsizliyi təmin edilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Meta-nın AI sistemi hakerlərin hədəfinə çevrildi | Technote