main-post-cover

    Meta şirkəti silinmiş istifadəçi məlumatlarının əldə edilməsində günahlandırılır

    Təhlükəsizlik
    10.07.2022
    Emil Nəcəfov
        Facebook-un sosial şəbəkə daxilindəki problemli kontentlərin monitorinqi ilə məşğul olmuş keçmiş əməkdaşının sözlərinə əsasən o, şirkətin yeni protokolu ilə tanışlıqdan sonra işdən qovulub. Belə ki, keçmiş əməkdaş şirkətin yeni protokolunun istifadəsinin qanuna uyğun olduğuna şübhə ilə yanaşdığını qeyd edib. Məlumatda qeyd edilib ki, şirkətin yeni protokolu istifadəçilər tərəfindən silinmiş məlumatların əldə edilməsinə imkan verir. Brennan Lawson adlı şəxs Kaliforniyada Meta Platforms şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Onun sözlərinə əsasən 2018-ci ildə şirkət əməkdaşları istifadəçi məlumatlarının emalı üzrə yeni protokol ilə tanış olmuşdular. Şirkət daxilində keçirilmiş görüş zamanı Brennan yeni protokolun qanuna uyğun olması ilə bağlı şübhələrinin olduğunu söyləmişdi. Daha sonra o, işdən azad edilmiş və 18 ay müddətində işsiz qalmışdı.

    Nəticədə Brennan sahib olduğu insayder məlumatının birbaşa monetizasiyasını reallaşdırmaq qərarını verib. Belə ki, o, şirkəti məhkəməyə verib və ondan 3 milyon dollar təzminatın ödənilməsini tələb edib.

        Facebook-un keçmiş əməkdaşının sözlərinə əsasən şirkətin yeni protokolu şirkət daxilində yaradılmış və problemli kontentlərin monitorinqi ilə məşğul olan Global Escalation Team adlı komandanın üzvlərinə hətta istifadəçi tərəfindən silinmiş məlumatların Messenger üzərindən  əldə edilməsi üsulu ilə konfidensiallığı təmin edən adi Facebook protokollarından yan keçməyə imkan verirmiş. Məhkəmə iddiasında təqdim edilmiş sənədlərə əsasən şirkətin yeni protokolu Avropa Birliyinin rəqəmsal məlumatların konfidensiallıqları barəsində olan qanununu və ABŞ Federal Ticarət Komissiyası tərəfindən verilmiş əmrə əsasən Facebook-un öz istifadəçilərini məlumatların saxlanılması üzrə siyasətində dəyişikliklərin edilməsi barəsində məlumatlandırılması göstərişini pozub.

    Brennan-ın sözlərinə əsasən o, sözügedən protokoldan istifadənin qanuna uyğun olmadığı şübhələrini bildirdikdən sonra qovulma ehtimalnın olduğunu anlamışdı.

        Qovulma səbəbi kimi isə Facebook-un administrativ vasitələrindən qeyri-məqsədli istifadə kimi qeyd edilmişdi. Brennan Lawson qeyd edib ki, şirkət tərəfindən qeyd edilmiş günahlandırmalar uydurmadır və sadəcə olaraq qisas xarakteri daşıyırlar. Meta şirkəti bu məsələ ilə bağlı hələ heç bir fikir bildirməyib. Sosial şəbəkənin keçmiş əməkdaşının sözlərinə əsasən Global Escalation Team adlı komandanın üzvləri şirkətin yeni protokolundan istifadə edərək istifadəçilərin fəaliyyətlərinin istintaqı məsələsində hüquq-mühafizə orqanlarına yardımçı olublar. Hüquq-mühafizə orqanları öz növbələrində şübhəli bilinən istifadəçilərin kimlərlə ünsiyyətdə olduqlarını, onlar tərəfindən mesajların nə zaman göndərildiklərini və göndərilmiş mesajlarda nələrin olduqları barəsində məlumatları tələb edirdirlər. Facebook isə hüquq-mühafizə orqanları ilə yaxşı əlaqələri qoruyub saxlamaq üçün yeni protokol vasitəsilə onlara hansı məlumatları ötürmək lazım olduğunu təyin edibmiş.
    Linki kopyala