main-post-cover

    Microsoft Azure bulud servisindəki ciddi sistem boşluğundan xəbər verib

    Təhlükəsizlik
    28.08.2021
    Emil Nəcəfov
        Microsoft şirkəti bildirib ki, Azure bulud servisində olmuş sistem boşluğu səbəbilə son 2 il ərzində bir çox şirkətin məlumatları açıq vəziyyətdə qalıb. Bu səbəbdən də şirkət öz müştərilərinə bu məsələ ilə bağlı xəbərdarlıq edib. Azure Cosmos DB adlı məlumatlar bazasının kodunda olmuş boşluq Azure servisinin 3300-ə yaxın müştərisinin məlumatlarını açıq şəkildə qoyub və hackerlər həmin məlumatlardan istifadə etmiş ola bilərlər. Sözügedən sistem boşluğu 2019-cu ildə ortaya çıxıb. Həmin vaxtda Microsoft şirkəti Cosmos DB-yə məlumatların vizualizasiyası funksiyasını əlavə etmişdi. Bu funksiya Jupyter Notebook adlanır.
        Nəticədə 2021-ci ilin fevral ayında bu funksiya Cosmos DB-nin bütün məlumatları üçün standart şəkildə aktivləşdirilib. Azure Cosmos DB-nin müştərilər siyahısında Coca Cola, Liberty Mutual Insurance, ExxonMobil və s. kimi şirkətlər var. “Bu, bulud servisdə aşkar edilə biləcək ən qorxulu boşluqdur. Bu, Azure servisinin mərkəzi məlumatlar bazasıdır və biz, müştərilərin istənilən məlumatlar bazasını əldə edə bilərdik” - deyə kibertəhlükəsizlik mütəxəssislərindən biri qeyd edib. Məsələnin ciddiliyinə və mümkün risklərə baxmayaraq Microsoft şirkəti açıq vəziyyətdə qalmış məlumatların kimlərsə tərəfindən istifadəsi halını aşkar etməyib.
    Linki kopyala