main-post-cover

    Microsoft bu il hackerlərin artmış aktivliklərindən danışıb

    Təhlükəsizlik
    30.09.2020
    Emil Nəcəfov
        Microsoft şirkəti hər il təqdim etdiyi Digital Defense Report hesabatını bu il də təqdim edib. Sözügedən hesabat çərçivəsində şirkət son il ərzində kibertəhlükəsizlik sahəsinin tendensiyalarından danışıb. Microsoft mütəxəssisləri qeyd ediblər ki, hackerlər öz əməllərinin aşkar edilməməsi üçün daha professional üsullardan istifadə edirlər. Bu barədə 4pda saytı xəbər verib. Hesabatda qeyd olunub ki, son il ərzində olmuş kiberhücumların 70%-i fişinq tərz hücumların payına düşüb.
        Belə ki, hackerlər Microsoft, Amazon, UPS, Apple Zoom kimi böyük şirkətlərin rəsmi məktublarını imitasiya edən məktublar göndəriblər. Bununla yanaşı Microsoft bildirib ki, hackerin öz qurbanının sistemində qalma üzrə orta müddəti də aşağı düşüb. Son analizlərə görə hansısa hacker öz qurbanının sistemində 45 dəqiqədən çox qalmır. Microsoft tərəfindən bir neçə müddət bundan öncə aparılmış sorğuda iştirak etmiş informasiya təhlükəsizliyi üzrə direktorların 72%-i qeyd etmişdi ki, onların şirkətləri son 12 ay ərzində məlumat sızıntıları kimi hadisələrlə qarşılaşıblar.
        Bu ilin birinci yarısında həmçinin korporativ istifadəçi hesablarının oğurlanması üzrə kiberhücumların sayı da artmışdı. Mütəxəssislərin sözlərinə əsasən təşkilatların öz sistemlərində ikifaktorlu autentifikasiya üsulunun aktivləşdirmələri artıq zəruri bir hala çevrilib. Microsoft-un sözlərinə əsasən bu üsul istifadəçi hesablarının oğurlanması məqsədilə edilən kiberhücumların 99%-ni aradan qaldırır. 
    Linki kopyala