main-post-cover

    Microsoft Edge brauzerinin istifadəçi məlumatlarını Bing-ə ötürdüyü məlum olub

    Təhlükəsizlik
    26.04.2023
    Farid Pardashunas
        Keçən həftə Microsoft Edge brauzerində konfidensiallıq ilə bağlı problemlər barəsində mesajlar Reddit platformasında ortaya çıxmağa başladı. Belə ki, istifadəçilər aşkar ediblər ki, Microsoft Edge brauzerinin son versiyası Bing API-ya sorğular göndərir və göndərilən sorğularda istifadəçilərin daxil olduqları bütün veb səhifələrin ünvanları qeyd edilib. İstifadəçilər bu funksiyanın məqsədini təyin etməyə çalışıblar. Lakin məsələ burasındadır ki, Bing API-dan bu cür istifadə sənədləşdirilmədiyi üçün funksiyanın məqsədini təyin etmək mümkün olmayıb.
        Rafael Rivera adlı tərtibatçı bu məsələ ilə bağlı öz analizini aparıb və belə qənaətə gəlib ki, Edge brauzerinin bu cür davranışı onun yeni versiyasında funksiyanın lazımi səviyyədə reallaşdırılmaması ilə bağlıdır. “Microsoft Edge özündə müəlliflərə abunəlik funksiyasını birləşdirir və bu funksiya standart şəkildə aktivdir. Görünür, brauzer istifadəçinin Youtube, The Verge Reddit kimi saytlarda olduğu zaman bu barədə bildirişi Bing-ə göndərir. Çox güman ki, bu funksiya baş çəkilmiş bütün veb səhifələrin siyahısını Bing-ə ötürməklə düzgün şəkildə çalışmadığını sərgiləyir” - deyə tərtibatçı qeyd edib.
        Qeyd etmək lazımdır ki, Microsoft öz brauzerində müəlliflərə abunəlik funksiyasını keçən il test etməyə başlamışdı. Bir neçə müddət bundan öncə isə funksiyanın testi daha çox istifadəçini əhatə etməyə başladı. Gözləntilərə əsasən Edge istifadəçiləri Youtube və digər platformalarda abunə olduqları müəllifləri bu funksiya vasitəsilə daha rahat şəkildə izləyə biləcəklər. Məlumatda qeyd edilib ki, sözügedən funksiyanın brauzer ayarlarında deaktiv edilməsi halında Edge baş çəkilmiş veb səhifələr barəsində məlumatları Bing-ə ötürmür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər