Logo
    main-post-cover

    Microsoft GPT-4 əsasında çalışan kibertəhlükəsizlik tətbiqini təqdim edib (VİDEO)

        Microsoft şirkəti süni zəka əsaslı GPT-4 dil modeli vasitəsilə çalışan Security Copilot adlı tətbiqi təqdim edib. Bu tətbiq İT təhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulub və kibertəhlükəsizlik sahəsində qəliz tapşırıqların yerinə yetirilməsi ilə yanaşı kibertəhlükələrə qarşı effektiv mübarizə aparmağa yardımçı olur. Security Copilot vasitəsilə mütəxəssislər süni zəka sisteminin sürətli reaksiya kimi vacib imkanından faydalana bilərlər. Bu tətbiq ilk növbədə kibertəhlükələrin aşkar edilməsi, onların aşkar edilməsindən sonra onlarla effektiv mübarizə üsullarının təyin edilməsi üçün nəzərdə tutulub. Hal hazırda Security Copilot-dan Microsoft-un yalnız bəzi korporativ müştəriləri istifadə edə bilərlər.
    Paylaş
    Bənzər xəbərlər