Logo
    main-post-cover

    Microsoft Windows-da yeni təhlükəsizlik və bərpa funksiyalarını elan edib

    Microsoft Windows süni intellekt agentlərinin geniş istifadə olunacağı yeni dövrə hazırlaşmaq üçün təhlükəsizlik və sistem dayanıqlılığı sahəsində böyük yeniliklər elan edib. Şirkət bildirir ki, AI agentləri gələcəkdə Windows-da müxtəlif tapşırıqları avtomatik yerinə yetirəcək və bunun üçün xüsusi qoruma mexanizmləri hazırlanıb.
    Yeni “Agent Workspace” xüsusiyyəti agentlərin istifadəçi sessiyasına müdaxilə etmədən ayrıca mühitdə işləməsinə imkan verir. Eyni zamanda Windows Hello ilə passkey dəstəyi təkmilləşdirilir, Sysmon funksiyası inteqrasiya olunur, Zero Trust DNS və Wi-Fi 7 Enterprise kimi yeni şəbəkə təhlükəsizlik funksiyaları əlavə edilir. Şirkət bildirir ki, məqsəd həm təhlükəsizlik səviyyəsini artırmaq, həm də sistem çökmələrinin iş prosesinə təsirini minimuma endirməkdir.
    Paylaş