Logo
    main-post-cover

    Minecraft üçün olan mode-larda ciddi boşluq aşkar edilib

        Minecraft 21-ci əsrin ən məşhur oyunlarından biridir. Həm uşaqlar həm də böyüklər bu oyun arxasında yüzlərlə saat zaman keçirirlər. Təbii ki, bir çoxları bu oyun üçün təqdim edilən rəsmi kontentlərlə kifayətlənməyərək müxtəlif Minecraft mode-larından istifadə edirlər. Lakin məlum olub ki, bu heç də təhlükəsiz deyil. Minecraft Malware Prevention Alliance mütəxəssisləri Minecraft üçün nəzərdə tutulmuş bəzi mode-larda BleedingPipe adlı boşluğu aşkar ediblər. Dələduzlar bu boşluqdan istifadə edərək istifadəçinin konfidensial məlumatlarını əldə edə bilərlər. BleedingPipe adlı boşluğun aşkar edildiyi mode-lar aşağıdakılardır.
    - EnderCore
    - LogisticsPipes
    - BDLib 1.7-1.12
    - Smart Moving 1.12
    - Brazier
    - DankNull
    - Gadomancy.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Minecraft üçün olan mode-larda ciddi boşluq aşkar edilib | Technote