main-post-cover

    Mövcud olan smartfonların 35%-i kiberhücuma məruz qalma təhlükəsi ilə üz-üzədir

    Təhlükəsizlik
    15.06.2022
    Farid Pardashunas
        Bitdefender antivirus şirkətinin mütəxəssislərinin təqdim etmiş olduqları yeni hesabatda Android smartfonların vacib problemlərindən biri əks olunub. Belə ki, mütəxəssislərin fikirlərinə əsasən Android istifadəçilərinin 35%-i hackerlərin kiberhücumlarına məruz qala bilər. Potensial təhlükə smartfonların çox hissəsinin artıq köhnəlmiş Android vasitəsilə çalışması ilə bağlıdır. Beləliklə aktual təhlükəsizlik yenilənmələrindən məhrum olmuş istifadəçilər kibercinayətkarlar üçün potensial qurbanlara çevrilə bilərlər. Bu halda həmin kibercinayətkarlar üçün artıq köhnəlmiş təhlükəsizlik yenilənmələrinə sahib smartfonlar asan hədəf qismində çıxış edirlər. Mütəxəssislər Bitdefender tətbiqinə sahib smartfonları analiz ediblər.
        Analiz nəticəsində məlum olub ki, smartfonların çox hisəsi Android 11 və ondan əvvəlki Android versiyaları vasitəsilə çalışır. Belə ki, smartfonların 36.47%-i Android 12, 29.15%-i Android 11, 15.03%-i isə Android 10 vasitəsilə çalışır. Məlumatda qeyd edilib ki Google Android 10-nun dəstəyini bu ilin sentyabr ayında dayandıracaq. Belə ki, məhz sentyabr ayında Android 13-ün stabil versiyası istifadəyə verilməlidir. Bu isə o deməkdir ki, Android 10 vasitəsilə çalışan smartfonlarda potensial risk altına düşəcək cihazlar siyahısında olacaqlar. Ümumi olaraq bütün dünyada Android vasitəsilə çalışan smartfonların 35%-i lazımi səviyyədə qorunmaya sahib deyil. Android 10 nəzərə alınmasa belə, potensial kiberhücuma məruz qala biləcək hələ 20% cihaz mövcuddur. Mütəxəssislər öz növbələrində alıcılara yeni smartfonun alışı zamanı Android-in neçə müddət ərzində dəstəklənəcəyinə fikir vermələrini məsləhət görüblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər