Mütəxəssislər barmaq izi skanından sadə üsul ilə yan keçməyi sərgiləyiblər (VİDEO)

Mütəxəssislər barmaq izi skanından sadə üsul ilə yan keçməyi sərgiləyiblər (VİDEO)

Kibertəhlükəsizlik
24.11.2021 PAYLAŞIM

    Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Kraken Security Labs adlı şirkət müasir cihazların demək olar hamısında istifadə olunan barmaq izi skanı texnologiyalarının zəif nöqtələri barəsində hesabatı təqdim edib. Mütəxəssislərin sözlərinə əsasən barmaq izi skanı texnologiyası adi şifrələrə rahat alternativ olsa da o, etibarlılıq məsələsində uduzur. Kraken Security Labs şirkətinin mütəxəssisləri bildiriblər ki, barmaq izi skanı sistemlərinin əsas mənfi özəllikləri ondan ibarətdir ki, barmaq izini rahatlıqla əldə etmək olar. Belə ki, istifadəçinin toxunduğu demək olar istənilən yerdən onun barmaq izini əldə etmək mümkündür. Əsasən də bura cihazın ekranı daxildir. Misal olaraq mütəxəssislər noutbuk ekranında barmaq izinin fotosunu çəkməklə onu necə əldə etməyin yolunu sərgiləyiblər.


    Çəkilmiş fotonu fotoredaktorda detallı şəkildə redaktə edəndən sonra barmaq izinin keyfiyyətli təsvirini əldə etmək olar. Əldə edilmiş təsviri daha sonra lazerli printer vasitəsilə asetat kağız üzərində çap etmək lazımdır. Bu halda kağız üzərində üçölçülü strukturlar yaranacaq. Daha sonra isə barmaq izinin əks olunduğu kağızın üzərinə ağac kleyini vurmaq lazımdır. Ağac kleyi öz növbəsində quruyandan sonra barmaq izinin formasını təkrarlayacaq. Beləliklə barmaq izi skanı texnologiyasından yan keçmək üçün nəzərdə tutulmuş üsul hazırdır. Təqdim edilmiş videoda görmək olar ki, mütəxəssislər bu üsul ilə noutbukları, planşetləri və digər cihazları blokdan çıxara bilirlər. Mütəxəssislər barmaq izi skanı texnologiyasını yalnız əlavə təhlükəsizlik tədbiri kimi istifadə etməyi məsləhət görürlər. Onların fikirlərinə əsasən qəliz şifrələrdən və iki faktorlu autentifikasiya sistemlərindən daha yaxşı təhlükəsizlik sistemləri hələ yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Dələduzlar Meta şirkətinə aid olduğunu iddia edərək saxta META kriptovalyutaları..

Facebook öz şirkət adını Meta-ya dəyişəndən sonra dələduzlar bu cür imkandan istifadə etməyə qərar v..


FBI real zaman ərzində Whatsapp və iMessage-dəki istifadəçi məlumatlarını əldə e..

Əldə edilmiş məlumata əsasən FBI Facebook-un Whatsapp, Apple şirkətinin isə iMessage messencerindən ..


MediaTek prosessorlarında istifadəçiləri dinləməyə imkan vermiş boşluq aşkar edi..

Check Point Research şirkəti MediaTek prosessorlarında aşkar edilmiş boşluq barəsində hesabatı təqdi..


Firefox istifadəçilərinin məlumatları GitHub-da açıq şəkildə ortaya çıxıblar..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Aidan Marlin adlı mütəxəssis məşhur GitHub platforma..


Bu il ən çox istifadə edilmiş şifrələrin reytinqi tərtib edilib

NordPass şirkəti 2021-ci ildə ən çox istifadə edilmiş şifrələrin reytinqini təqdim edib.


Mütəxəssislər Android üçün nəzərdə tutulmuş yeni bank troyanı aşkar ediblər..

Kibertəhlükəsizlik sahəsində olan mütəxəssislər Android əməliyyat sistemi üçün nəzərdə tutulmuş yeni..

×