Mütəxəssislər reklam baxışlarını imitasiya etmiş dələduz Android tətbiqlərini aşkar ediblər

Mütəxəssislər reklam baxışlarını imitasiya etmiş dələduz Android tətbiqlərini aşkar ediblər

Kibertəhlükəsizlik
22.04.2021 PAYLAŞIM

    Dələduzlar milyona yaxın Android cihaza xüsusi proqram təminatı quraşdırıblar və həmin proqram təminatı reklam baxışlarını imitasiya edərək bunun üzərindən pul qazanmağa şərait yaradıb. Bu barədə məlumatı kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Human adlı şirkətin mütəxəssisləri veriblər. Mütəxəssislər aşkar ediblər ki, Google Play-də olmuş 29 tətbiq Android cihazları bir növ Smart TV televizorlarına çevirib və gündəlik 650 milyon reklam sorğusu imitasiya edib. Daha sonra dələduzlar reklam verənləri həmin reklam baxışlarının doğruluğuna inandıraraq onlardan ödənişlər alıblar.

    Əslində isə həmin reklam baxışları mövcud olmayıb. Həmçinin məlum olub ki, Roku adlı şirkətin məhsulları üçün nəzərdə tutulmuş tətbiqlər mağazasında olmuş 36 tətbiq də sözügedən dələduzluq sxeminin bir hissəsi olubmuş. Dələduzlar reklam baxışlarının imitasiyası üçün Flash Light, Mobile Screen Recorder, Sling Puck 3D Challenge və digər tətbiqlərdən istifadə ediblər. Onların bu üsul ilə nə qədər vəsait qazandıqları barəsində məlumat verilməyib. Aşkar edilmiş bütün tətbiqlər online platformadan silinib və əldə olunmuş məlumatlar hüquq-mühafizə orqanlarına təhvil verilib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm-un mobil prosessorlarının modemlərində ciddi sistem boşluğu aşkar edili..

Counterpoint Research şirkətinin mütəxəssisləri Qualcomm prosessorlarının modemlərində ciddi boşluq ..


Kompüterin hackerlərdən qorunması üçün Chrome brauzerinə yeni təhlükəsizlik funk..

Google şirkəti Chrome brauzerində istifadəçi məlumatlarının təhlükəsizliklərini hardware enforced st..


Google Play-də ümumi 700.000 yüklənmə sayına sahib yeni zərərli tətbiqlər aşkar ..

Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android üçün nəzərdə tutulmuş Google Play Store platformasında..


Hackerlər oğurlanmış Apple sənədlərinə görə şirkətdən pul tələb etməkdən imtina ..

Bir neçə müddət bundan öncə hackerlərdən ibarət qruplaşma Apple şirkəti ilə əməkdaşlıq edən Quanta C..


Hackerlər Apple AirDrop-da olan sistem boşluğu sayəsində özəl məlumatları əldə e..

Hackerlər AirDrop-a qoşularaq istifadəçinin telefon nömrəsini və elektron poçt ünvanını əldə edə bil..

×