Reklam
NSO Group-un casus tətbiqi Avropa Birliyindən olan məmurların izlənmələrində istifadə edilirmiş

NSO Group-un casus tətbiqi Avropa Birliyindən olan məmurların izlənmələrində istifadə edilirmiş

Kibertəhlükəsizlik
13.04.2022 PAYLAŞIM

    Pegasus adlı məşhur casus tətbiqinin yaradıcısı NSO Group şirkəti ForcedEntry adlı digər tətbiq ilə bağlı yeni qalmaqala daxil olub. Verilmiş məlumata əsasən Avropa Birliyindən olan yüksək vəzifəli məmurların smartfonları 2021-ci ildə NSO Group-un casus tətbiqi vasitəsilə hack edilib. Bu barədə Reuters saytı xəbər verib. Məlumatda qeyd edilib ki, baş vermiş hadisənin qurbanları arasında Didier Reynders də olub. Qeyd etmək lazımdır ki, Didier Reynders İsveçrənin baş nazir müavini, müdafiə naziri və həmçinin xarici və Avropa işləri naziri vəzifələrində çalışıb. 2019-cu ildən indiyənə kimi isə o, Avropa Komissiyasında ədliyyə komissarı vəzifəsində çalışır. Avropa Birliyindən olan məmurların sözlərinə əsasən casusluq üçün nəzərdə tutulmuş proqram təminatı Avropa Komissiyasının minimum 4 nəfər təmsilçisinin smartfonları üzərlərində izləmədə olub.

    Keçən ilin noyabr ayında Apple şirkəti 1000-ə yaxın iPhone istifadəçisinə bildiriş göndərmişdi və həmin bildirişdə qeyd edilmişdi ki, onlar müxtəlif dövlətlər tərəfindən dəstəklənən dələduzların qurbanlarına çevriliblər. Məlumata əsasən məhz həmin vaxtda Avropa Komissiyasının əməkdaşları casusluqdan xəbər tutmuş və bu məsələ ilə bağlı tədbirlər görməyə başlamışdılar. Reuters saytı qeyd edib ki, 26 noyabr tarixində Avropa Komissiyasının baş texniki əməkdaşı öz həmkarlarına proqram təminatının təsviri ilə bağlı məktub göndərib və onlara Apple şirkətinin növbəti bildirişlərini izləməyi məsləhət görüb. Avropa Birliyindən olan məmurları NSO Gropu şirkətinin casusluq tətbiqi vasitəsilə kimin izlədiyi hələ məlum deyil. Bundan əlavə olaraq həmin məmurların smartfonlarının hack edilib-edilməməsi və onlardan məlumatların oğurlanıb-oğurlanmaması da bilinmir.


    İT mütəxəssislər bəzi dövlət qulluqçularının smartfonlarını analiz edərək təyin ediblər ki, onlarda hack prosesinin izləri mövcud deyil. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər bildiriblər ki, 2021-ci ilin fevral ayından sentyabr ayına kimi Apple şirkətindən xəbərdarlıqlar əldə etmiş şəxslər ForcedEntry adlı tətbiqin əsas hədəfləri olublar. Sözügedən tətbiq iPhone üzərində gizli idarəetməni təmin edir. Proqram təminatının yaradıcısı olan NSO Group şirkəti bildirib ki, o, baş vermiş bu hadisədə iştirak etməyib. Reuters öz növbəsində baş vermiş hadisənin Avropa Komissiyası tərəfindən istintaqının aparılıb-aparılmadığını öyrənə bilməyib.

    Lakin bu xəbər casusluq üçün nəzərdə tutulmuş tətbiqlərin tərtibatçıları ilə mübarizə tədbirlərinin aktiv şəkildə müzakirəsi fonunda ortaya çıxıb. Deputat Sophie in’t Veld bildirib ki, Avropa Parlamenti 19 aprel tarixində xüsusi komitə yaratmalıdır. Həmin komitə isə öz növbəsində casus tətbiqlər vasitəsilə istifadəçi smartfonlarının izlənməsi hallarının istintaqını aparacaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, proqram təminatının hədəfləri arasında həmçinin Macarıstandan olan məşhur jurnalistlər və tənqidçilər də olublar. Macarıstan hökuməti öz növbəsində NSO Group şirkətinin məhsulunu əldə etdiyini etiraf etsə də, casusluq ilə bağlı ittihamları inkar edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google: 'İnternet provayderlər Android və iOS-də casus proqram təminatının yayıl..

Google şirkətinin Google Threat Analysis Group (GTAG) adlı şöbəsinin mütəxəssislərinin aparmış olduq..


Mövcud olan smartfonların 35%-i kiberhücuma məruz qalma təhlükəsi ilə üz-üzədir..

Bitdefender antivirus şirkətinin mütəxəssislərinin təqdim etmiş olduqları yeni hesabatda Android sma..


Bluetooth üzrindən insanı izləməyin yeni üsulu aşkar edilib

Kaliforniya Universitetinin alimləri Bluetooth Low Energy (BLE) interfeysinin unikal siqnalları vasi..


Telegram Almaniyada bəzi istifadəçilərin məlumatlarını güc strukturlarına ötürür..

Güc strukturları təmsilçilərinin sözlərinə əsasən digər cinayət əməllərinin yerinə yetirilməsi halın..


DuckDuckGo brauzerinin istifadəçi məlumatlarını Microsoft-a ötürdüyü məlum olub..

DuckDuckGo Privacy Browser adlı brauzerin mobil versiyalarının istifadəçi məlumatlarını Microsoft şi..


Bloomberg: 'Google istifadəçilərin konfidensial məlumatlarını reklamçılara inanı..

Bloomberg saytının verdiyi məlumata əsasən Google şirkəti istifadəçilərin özəl məlumatlarını reklamç..

×